Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2748/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Porotokol tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi - Sumqayıt Gömrük İdarəsinin Metodoloji bölməsinin hüquqşünası X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 17 may 2022-ci il tarixli, 00700-0084/22 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 491.3-cü və 492.1-ci maddələrinə əsasən 15 noyabr 2023-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Sumqayıt Gömrük İdarəsinin X1 və təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-/3-1- 004875/2023 nömrəli raportda qeyd edilmişdir ki, Şəxs MMC-nin ünvanına 50D81110/50D81210 nömrəli yük nəqliyyat vasitəsi ilə idxal olan və **********4706 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda bəyan edilən 204 ədəd “yük avtomobilləri üçün rezin şinlər” yükünün xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin sərəncamında olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şosesi ünvanında yerləşən anbarında nəqliyyat vasitəsinin yoxlanılması həyata keçirilərkən 50D81110 nömrəli nəqliyyat vasitəsinin 50D81210 nəqliyyat nömrəli dartıcısına gömrük orqanı tərəfindən vurulmuş gömrük təminatının gömrük orqanının icazəsi olmadan qırıldığı və malların bir qisminin avtomaşından yerə boşaldıldığı aşkar edilmişdir. Tərəflərindən avtomaşında faktiki olan və yerə boşaldılmış şinlər qeyd olunan gömrük bəyannaməsi ilə eyniləşdirilmiş, malların bəyan edilənlə eynilik təşkil etdiyi, heç bir uyğunsuzluğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 491.3-cü və 492.1-ci maddələrinə əsasən tərtib edilmiş 15 noyabr 2023-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün məhkəməyə göndərilmişdir. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. Məhkəmə iclasında porotokol tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X3 protokolu müdafiə edərək hüquqi şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 491.3-cü və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 491.3-cü və 492.1-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-33-/3-1-004875/2023 nömrəli raportdan görünür ki, İnterşin” MMC-nin ünvanına 50D81110/50D81210 nömrəli yük nəqliyyat vasitəsi ilə idxal olan və **********4706 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda bəyan edilən 204 ədəd “yük avtomobilləri üçün rezin şinlər” yükünün xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin sərəncamında olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi ünvanında yerləşən anbarında nəqliyyat vasitəsinin yoxlanılması həyata keçirilərkən 50D81110 nömrəli nəqliyyat vasitəsinin 50D81210 nəqliyyat nömrəli dartıcısına gömrük orqanı tərəfindən vurulmuş gömrük təminatının gömrük orqanının icazəsi olmadan qırıldığı və malların bir qisminin avtomaşından yerə boşaldıldığı aşkar edilmişdir. Tərəflərindən avtomaşında faktiki olan və yerə boşaldılmış şinlər qeyd olunan gömrük bəyannaməsi ilə eyniləşdirilmiş, malların bəyan edilənlə eynilik təşkil etdiyi, heç bir uyğunsuzluğun olmadığı müəyyən edilmişdir. Raporta əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan da görünür ki, Şəxs MMC-nin ünvanına daxil olan 50D81110/50D81210 nömrə nişanlı yük nəqliyyat vasitəsinin gömrük təminatı olan plombu gömrük orqanın icazəsi olmadan qırılmışdır və malların bir qismi yerə boşaldılmışdır. İş materiallarrında olan xx.xx.2023-cü il tarixli, **********4706 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasının “X7 Zone Newland İNT’L CO LTD” şirkəti tərəfindən göndərilmiş 50D81110/50D81210 nömrəli yük nəqliyyat vasitəsi ilə idxal olan “yük avtomobilləri üçün rezin şinlər” yükü daxil olmuşdur. İş materiallarrından görünür ki, ilkin araşdırma zamanı Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikası vətəndaşı X4 izahatında bildirmişdir ki, nümayəndəsi olduğu Şəxs MMC-nin sifarişi əsasında **********4706 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən Çin Xalq Respublikasında yerləşən “X7 Zone Newland İNT’L CO LTD” şirkəti tərəfindən 50D81110/50D81210 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə göndərilən 204 ədəd “Rezin şinler yük avtomobilləri üçün” yükü xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi yerləşən ərazisinə daxil olmuşdur. Sürücü yük nəqliyyat vasitəsini saxladıqdan sonra o, gömrük inspektorunun da orada olduğunu zənn etmiş və Şəxs MMC-nin əməkdaşlarına göstəriş vermişdir ki, nəqliyyat vasitəsinin qoşqusunun üzərində olan gömrük təminatını qırsınlar və malı yerə boşaltsınlar. Əməkdaşlar gömrük təminatını qırıb və malın bir qismini yerə boşaltdıqdan sonra gömrük əməkdaşı yaxınlaşaraq 50D81110/50D81210 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində nə üçün gömrük orqanının icazəsi olmadan gömrük təminatının qırıldığını və malın yerə boşaldıldığını soruşmuşdur. O da gömrük təminatının onun göstərişi ilə şirkətin əməkdaşları tərəfindən qırılaraq nəqliyyat vasitəsinin qoşqusunun qapısının açıldığını və malın bir qisminin yerə boşaldıldığını bildirmişdir. Daha sonra gömrük əməkdaşlarının, onun və sürücünün iştirakı ilə avtomaşında faktiki olan və yerə boşaldılmış şinlər **********4706 sorğu nömrəli gömrük bəyannaməsi ilə eyniləşdirilmiş, malların bəyan edilənlə eynilik təşkil etdiyi, heç bir uyğunsuzluğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 37.1-ci maddəsinə əsasən gömrük orqanları ilə dövlət orqanları, səlahiyyətli iqtisadi operatorlar, sahibkarlıq subyektləri, habelə gömrük orqanlarının özləri arasında sənəd və məlumat mübadiləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, məlumatların elektron emalı üsulları vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə əsasən mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. İXM-nin 491.3-cü maddəsinə səsən Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İşin araşdırılan hallarından görünür ki, Şəxs MMC-nin əməkdaşları nəqliyyat vasitəsinin qoşqusunun üzərinə vurulmuş gömrük təyinatının (plomb) gömrük orqanının icazəsi olmadan qıraraq, gömrük nəzarəti altında olan yükün bir qismini boşaldmışlar. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci və 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC -yə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXMnin 34.3-cü maddəsi tətbiq edilməklə 1,000 (min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2748/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2748/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver