Məhkəmə qərarları › İş №3(060)-2753/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2753/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2753/2024 31.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 10/11, mənzil 52 qeydiyyatda olan və Sumqayıt şəhəri, 5-cı mikrorayon, 7 nömrəli yataqxana, otaq 74 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1987/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1987/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 4636,93 manat məbləğində pul, ödənilmiş 60 manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilən 300 manat pul tutularaq tələbkar X5 verilməlidir. İş üzə xx.xx.2024-cü ildə icraata başlama barədə qərar qəbul edilmiş və borclu tapılmadığı üçün xx.xx.2024-cü il tarixdə axtarış elan olunmuşdur. Borclu axtarış qərarı əsasında xx.xx.2024-cü il tarixdə İcra idarəsinə gətirilmiş, həmin tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə iltizam yazmışdır ki, hər ay 1000 manat ödəniş edəcək. Lakin, borclu üzərinə düşən öhtəliyi yerinə yetirməyərək bu günə kimi ödəniş etməmişdir. Yaxın günlərdə bir neçə dəfə 600 manat ödəniş etmək istədiyini bildirsə də, bu yalnız sözdə olmuş, həmin məbləği gətirərək təqdim etməmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, hal-hazırda avtoyuma məntəqəsində işləyir. Zərəçəkmiş şəxslə aralarında hər ay 1000 manat ödəniş barədə razılıq əldə olunmuş, lakin ödəyə bilməmişdir. Bu gün ona üç-dörd saat vaxt verilərsə 600 manat, 3-4 gün ərzində isə 400 manat ödəniş edə bilər. Lakin, zərəçəkmiş şəxs bu təkliflə razılaşmır. Bu günə qədər etdiklərinə görə peşmandır.Göstərilən halların nəzərə alınmasının xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmi şəxs X6 bidlirmişdir ki, Şəxsyev bankdan kredit götürmüş, o da zamin durmuşdur. Borclu krediti ödəməmiş, o da məcbur olaraq borc alıb krediti tam ödəmişdir. Daha sonra isə həmin pulun Şəxs tutulması ilə bağlı məhkəmə iddia qaldırmış və iddiası təmin edilmişdir. Şəxs dəfələrlə ona bu gün, sabah deyərək yalan vədlər vermişdir. Sentyabr ayında icra idarəsində də ödəniş edəcəyinə söz versə də vədinə əməl etməmişdir. Ona görə də Şəxs heç bir vədinə daha inanmır və pulunu tam şəkildə tələb edir. Göstərilən halların nəzərə alınmasının xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1987/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 4636,93 manat məbləğində pul, ödənilmiş 60 manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilən 300 manat pul tutularaq tələbkar X5 verilməlidir. İş materiallarında olan xx.xx.2024-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1987/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1987/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2024cü il tarixdə Şəxs təqdim edilmişdir. İş materiallarında olan Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsində yazdığı xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, o icra sənədi üzrə hər ay 1000 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1987/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 4636,93 manat məbləğində pul, ödənilmiş 60 manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilən 300 manat pul tutularaq tələbkar X5 verilməlidir. Şəxs icra sənədi üzrə məlumatlı olsa da indiyədək heç bir ödəniş etməmiş. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra sənədi üzrə indiyədək heç bir ödəniş etməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar