Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2753/2025 06.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Dadaşov Xəyal Şükür oğlunun iştirakı ilə, Dadaşov Xəyal Şükür oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı X2 Şükür oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Dadaşov Xəyal Şükür oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat 3 bal məbləğində cərimə olunmuşdur. O, yol polisində xahiş etmişdir ki, o, 44 günlük Vətən Müharibəsi iştirakçısı və veteran olduğunu bildirmiş və qırmızıda keçməmişdir. Ona yazılan 100 manat və 03 bal cərimənin ləğv edilməsini və Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Dadaşov Xəyal Şükür oğlu bildirdi ki, o, svetoforun qırmızı işığında keçməmiş, yalnız yaşıl işıq yandıqdan sonra hərəkət etmişdir. Buna baxmayaraq etiraf edir ki, həmin zaman yalnız düzünə və sağa dönərək hərəkəti davam etdirmək icazəsi olduğu halda o sola dönmüşdür. Yol polis əməkdaşı onu saxlayaraq svetoforun qırmızı işığında keçdiyini bildirmiş, o isə bunu etmədiyini yalnız səhvən sola dönmə əməliyyatı etdiyi qeyd etmişdir. O, veterandır və 22 il müddətində Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Sola dönərək səhv etdiyini, günahın onda olduğunu bildirir. Məhkəmədən onun barəsində qəbul edilmiş bal və cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Dadaşov Xəyal Şükür oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - Sumqayıt ŞPİ DYPŞ tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan videogörüntüdən görünür ki, “Opel Astra minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirirək sola dönmə əməliyyatı etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun: - 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2025-ci il tarixdə saat 18:45-də “Opel Astra minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Dadaşov Xəyal Şükür oğlu Sumqayıt şəhəri, Sülh küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsində nizamlayıcının siqnallarının tələbinə riayət etməyərək sola dönmə əməliyyatı edərək yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Dadaşov Xəyal Şükür oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Dadaşov Xəyal Şükür oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Dadaşov Xəyal Şükür oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən Dadaşov Xəyal Şükür oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-2753/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2753/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver