Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2757/2022 24.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, SAF CHEMİCAL” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məslətçi müfəttişi X3 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 17 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, SAF CHEMİCAL” MMC-yə məxsus boya istehsalı sahəsində formalaşan tullantı-çirkab suları təmizlənmədən birbaşa Sumqayıtçaya axıdılır, müəssisə tullantı sularının zərərsizləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıq olmadan istismar edilir. Məhkəmə iclasında protokol tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək bildirdi ki, istehsalat və məişət tullantıları haqqında Azərbaybaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi məqsədilə Sumqayıt şəhərinin inzabati ərazisində monitorinqlər aparılmışdır. Monitorinq zamanı Sumqayıt Texnologiyalar Parkının şərqində yerləşən və fəaliyyət göstərən müxtəlif növlü boyalar, laklar emusiyalar hazırlayan Şəxs MMC tərəfindən istehsal zamanı əmələ gələn müxtəlif növlü tullantıların müəssisədən Xəzər dənizinə tökülən Sumqayıtçaya axıdılması faktı aşkar olunmuş və Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1 və 264.0.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və Şəxs MMC barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə izahat verərək bildirdi ki, “SAF CHEMİCAL" MMC müxtəlif növlü boyalar, laklar hazırlayan məhdud məsuliyyətli hüquqi şəxsdir. Sumqayıt şəhəri 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş müfəttişi X3 tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 41, mənzil 38, VÖEN ********** olan Şəxs MMC barəsində tamamilə qanunsuz olaraq xx.xx.2022-ci ıl tarixli, MN ******* saylı inzibati protokol və həmçinin baş məsləhətç A.M.Namazov, baş məsləhətçi müfəttiş A.A.Bayramov, aparıcı müfəttiş R. Quliyev tərəfindən xx.xx.2022-ci il tarixli AKT tərtib edilmişdir. Tərtib edilmiş aktda qeyd edilmişdir ki, guya Şəxs MMC-yə məxsus boya istehsalı sahəsində formalaşan tullantı-çirkab suları təmizlənmədən birbaşa Sumqaşıtçaya axıdılır, müəssisə tullantı sularının zərərsizləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıqlardan istifadə etmir və nəticədə Azərbaycan Respublikasının İXM-nin 237.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Halbuki, tərtib edilmiş protokol və akt tamamilə qanunsuzdur. Çünki əvvəla Sumqayıt şəhəri 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları aktı və protokolu Şəxs MMC-nin əməkdaşlarının və müəssisə rəhbəri X1 məlumatı olmadan tərtib etmişdir. İnzibati xata Haqqında Protokola asasan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2321 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xalaları törətmişdir. Hesab edir ki, aşağıda qeyd edilənlərə asasan inzibati xata haqqında protokol təmin edilməməli, inzibati xala haqqında is üzrə icraata xitam verilməlidir. “SAF CHEMİCAL" MMC -yə məxsus müəsisədə müfəttişlər belə bir inzibati xətanın törədilməsinə dair, yəni müəssisə tərəfindən tullantı-çirkab sularının təmizlənmədən Sumqayıtçayına axıdılmasına və tullantı sularının zərərsizləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıqlardan istifadə etməməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, “SAF CHEMİCAL" MMC tərəfindən tullantı sularının zərərsizləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıqlardan istifadə edilir. Tərtib edilmiş akta sübut qismində əlavə edilmiş fotoşəkillərdə çayın içində axan mavi mayenin olması, müəssisə tərəfindən çirkab sularının təmizlənmədən çaya axıdılmasını heç bir şəkildə sübut elmir. Çünki Sumqayıt şəhəri 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları bu mayenin mənşəyini, tərkibini, suya nə dərəcədə zərəli olduğunu təsdiq edən, sübut edən heç bir yoxlayıcı, müəyyənedici qurğudan istifadə elmədən, sadəcə suyun rənginə baxaraq çaya tullantı suları axıdılır kimi bir protokol və akt tərtib etməsi çox gülüncdür. İnzibati Xətalar Məcəlləsinin “Təqsirsizlik prezumpsiyası prinsipi'’ başlıqlı 8-ci maddəsində "Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bıı Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı Hə müəyyən edilmədikdə şəxsin təqsirsiz hesab edilməli olduğu qeyd edilir. Eləcə də, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, Sumqayıt şəhəri 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı heç bir sübut olmadan qanunsuz olaraq protokol və akt tərtib etməsi sözügedən müəssisənin vəzifəli şəxsi X1 təqsirli hesab edilməsinə əsas deyildir. Ona görə də, Sumqayıt Şəhəri 4saylı Regional Ekologiya və Təbii Sənətlər İdarəsinin əməkdaşları tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati protokol üzrə inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, Şəxs MMC-də baş usta vəzifəsində (boya sahəsi üzrə) işləyir və Şəxs MMC-nin Texnoloji proseslərinə nəzarət edir. Monitorinq keçirilən gün tullantılar yığılan quyu dolmuş, o nəzarət etməmi və nəticədə tullantılar axıb caya tökülmüşdür. Bu barədə müdiriyyətin xəbəri olmamışdır, çünki nəzarət etmək ona həvalə edilmişdir. Hal-hazırda müvafiq tədbirlər görülmüş və tullantıların caya axmasının qarşısı alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ətraf mühit və təbii ehtiyatların monitorinqi üzrə aktın surətindən görünür ki, istehsalat və məişət tullantıları haqqında Azərbaybaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi məqsədilə Sumqayıt şəhərinin inzabati ərazisində monitorinqlər aparılmışdır. Monitorinq zamanı Sumqayıt Texnologiyalar Parkının şərqində yerləşən və fəaliyyət göstərən müxtəlif növlü boyalar, laklar emusiyalar hazırlayan Şəxs MMC tərəfindən istehsal zamanı əmələ gələn müxtəlif növlü tullantıların müəssisədən Xəzər dənizinə tökülən Sumqayıtçaya axıdılması faktı aşkar olunmuşdur. İş materiallarında olan əmək müqaviləsi bildirişindən və Şəxs MMC-nin 6 saylı, xx.xx.2019-cu il tarixli əmrinin surətindən görünür ki, Şahid xx.xx.2022-ci il tarixdə Şəxs MMC-də baş usta vəzifəsinə (boya sahəsi üzrə) qəbul edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin 10 saylı, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, Şahid xx.xx.2020-ci il tarixdən Şəxs MMC-nin Texnoloji proseslərinə nəzarət edən təyin edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını, vəkilin çıxışını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci ıl tarixli, MN ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məslətçi müfəttişi X3 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 17 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, SAF CHEMİCAL” MMC-yə məxsus boya istehsalı sahəsində formalaşan tullantı-çirkab suları təmizlənmədən birbaşa Sumqayıtçaya axıdılır, müəssisə tullantı sularının zərərsizləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıq olmadan istismar edilir. Məhkəmə araşdırılması zamanı və şahid qismində dindirilmiş Şahid izahatından müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən istehsal zamanı əmələ gələn müxtəlif növlü tullantıların müəssisədən Xəzər dənizinə tökülən Sumqayıtçaya axıdılması faktı aşkar olunsa da, Şəxs MMC-nin Texnoloji proseslərinə nəzarət edən Şahiddur. Lakin buna baxmayaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi bu xüsusatları, yəni qanun pozuntusunun kimin təqsiri üzündən olmasını araşdırmamış və hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1 və 264.0.1-ci maddələri inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci ıl tarixli, MN ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində 17 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1 və 264.0.1-ci maddələri ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2757/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2757/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver