Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2758/2022 31.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (bundan sonra mətndə 4 saylı RETSİ) tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 1 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar (bundan sonra mətndə İXM-nin) 271-ci maddəsinə əsasən 17 oktyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı-Quba aftomobil yolunun sağ kənarında yerləşən Şəxs MMC-yə məxsus istehsal sahəsində formalaşan müxtəlif növ tullantılar qanunsuz olaraq müəssisənin giriş hissəsində yerləşən gözətçi məntəqəsinin sağ tərəfindəki torpaq əraziyə tökərək ərazidə qalaqlanmışdır. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 24 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 31 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş 4 saylı RETSİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Bliss Qrup” MMC İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materialında olan 17 oktyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı-Quba aftomobil yolunun sağ kənarında yerləşən Şəxs MMC-yə məxsus istehsal sahəsində formalaşan müxtəlif növ tullantılar qanunsuz olaraq müəssisənin giriş hissəsində yerləşən gözətçi məntəqəsinin sağ tərəfindəki torpaq əraziyə tökərək ərazidə qalaqlanmışdır. Nəticədə Şəxs MMC İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında qrotokolda qeyd edilmişdir ki, Şəxs MMC-nin rəhbəri X3 protokolla tanış edilmiş, lakin protokola imza çəkmək və izahat verməkdən imtina etmişdir. İş materialında olan 13 oktyabr 2022-ci il tarixli ətraf mühit və təbii ehtiyyatların monitorinqi üzrə aktından görünür ki, baş məsləhətçi A.M.Namazov, baş məsləhətçi müfəttiş A.Bayramov və aparıcı mfəttiş R.Quliyevin iştirakları ilə istehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikasının Qanunu tələblərinin yerinə yetirilməsi məqsədilə Sumqayıt şəhərinin inzibati ərazisində monitorinqlər aparılmışdır. Monitorinqlər zamanı Sumqayıt Texnologiyalar parkından 628 metr qərbdə, Bakı-Quba maqistral yolundan 236 metr şərqdə yerləşən və fəaliyyət göstərən süngər və ortopedik döşəklər hazırlayan Şəxs MMC tərəfindən hazırlanan istehsalatda əmələ gələn müxtəlif növ tullantıların (istehsalat və məişət) müəssisənin girişindəki gözətçi məntəqəsinin sağ tərəfində, hasarlanmış boş əraziyə atılaraq(38207223; 4495757, 24) qalaqlanmaı faktı aşkar edilmişdir. Bununla da, “İstehsalat və Məişət Tullantıları” haqqında Azərbaycan Respublikasının Qanunun 8 və 11-ci maddələrinin tələbləri pozulmuş hesab edilir. İş materialında olan 4 saylı RETSİ-nin 17 oktyabr 2022-ci il tarixli, 75940 №-li aktından görünür ki, 13-17 oktyabr 2022-ci il tarixində Bakı-Quba avtomobil yolunun sağ kənarında 35-ci km-də Şəxs MMC-yə məxsus istehsal sahəsinin ön hissəsindəki ərazisində idarənin 06 oktyabr 2022-ci il tarixli 88 saylı sərəncamı əsasında Sumqayıt şəhəri, Bakı-Quba avtomobil yolunun sağ kənarındakı ərazidə “X4 Haqqında” və “Ekoloji Təhlükəsizlik” haqqında Qanunların tələblərinə riayət olunması vəziyyəti ilə bağlı aparılan monitoriq araşdırma zamanı Bakı-Quba maqistral yolundan 236 metr şərqdə yerləşən hasarlanmış əraziyə X4 tələblərinə zidd olaraq müxtəlif növ istehsalat və məişət tullantılarının tökülməsi və pərakəndə halında qalaqlanması faktı müəyyən olunmuşdur. Araşdırma zamanı qeyd olunan ərazidə fəaliyyət göstərən süngər və ortopedik döşəklər hazırlayan Şəxs MMC tərəfindən tullantıların düzgün idarə olunmaması səbəbindən Şəxs MMC-yə məxsus istehsalat sahəsində formaloson istehsal və digər tullantıların müəssisənin giriş hissəsindəki gözətçi məntəqəsinin sağ tərəfində yerləşən hasarlanmış boş torpaq əraziyə atılması və pərakəndə halında qalaqlanması məlum olmuşdur. Araşdırm müddətində əraziyə gələn özünü Şəxs MMC-nin rəhbəri kimi təqdim edən X2 tullantıların qanunsuz olaraq qeyd olunan əraziyə tökülməsinin yol verilməz olduğunu qanun pozuntusu olduğu barədə məlumat verilsə də o, rəsmi izahat verməkdən imtina etmişdir. Bununla da Şəxs MMC tərəfindən “İstehsalat və Məişət Tullantıları” haqqında Azərbaycan Respublikasının Qanunun 12-ci və “X4” haqqında Azərbaycan Respublikasının Qanunun 47-ci maddəsinin tələbləri pozulmuşdur. “X4” haqqında Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinin 1-ci bəndinə əsasən istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. “İstehsalat və Məişət Tullantıları” haqqında Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhərinin inzibati ərazisində monitorinqlər aparılmışdır. Monitorinqlər zamanı Sumqayıt Texnologiyalar parkından 628 metr qərbdə, Bakı-Quba maqistral yolundan 236 metr şərqdə yerləşən və fəaliyyət göstərən süngər və ortopedik döşəklər hazırlayan Şəxs MMC tərəfindən hazırlanan istehsalatda əmələ gələn müxtəlif növ tullantıların (istehsalat və məişət) müəssisənin girişindəki gözətçi məntəqəsinin sağ tərəfində, hasarlanmış boş əraziyə atılaraq qalaqlanmaı faktı aşkarlanmışdır. Bununla da, Şəxs MMC tərəfindən “İstehsalat və Məişət Tullantıları” haqqında Azərbaycan Respublikasının Qanunun 8 və 11-ci maddələrinin tələbləri pozulmuşdur. Bu fakt iş materialında olan fotoşəkillərdən, 4 saylı RETSİ-nin 17 oktyabr 2022-ci il tarixli, 75940 №-li aktından, 13 oktyabr 2022-ci il tarixli ətraf mühit və təbii ehtiyyatların monitorinqi üzrə aktından və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Beləliklə, məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən İXM-nin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübut olunur. İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən X4 tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC İXMnin 271-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 1 olan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 6.500,00 (altı min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2758/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2758/2022
31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver