Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2759/2022 06.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Məmmədovin sədrliyi, X3 katibliyilə, inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Firmasının direktoru Nümayəndə1 iştirakları ilə, "xxxx" Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən hüquqi ünvanı ünvan 1rması (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 215.1 və 215.4-cü maddələrinə əsasən 03 oktyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, ünvan 2 ünvanında yerləşən "xxxx" Firmasına məxsus klinikada planlı yoxlama zamanı sertifikasız tibb fəaliyyəti (X4 – həkim stomotoloq və.s) və lisenziyadan kənar iş və fəaliyyət (stasionar ginekoloq, diş texniki, rentgenoloji iş, mikrobioloji iş və fəailiyyət aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "xxxx" Firması barəsində İXM-nin 215.1 və 215.4-cü maddələrinə əsasən tərtib edilmiş 03 oktyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər 24 oktyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılması 02 noyabr 2022-ci il tarixə təyin olunmuş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Firmasının direktoru Nümayəndə1 məhkəməyə daxil olmuş ərizəsinə əsasən işin baxılması 30 noyabr 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən "xxxx" Firmasında planlı yoxlama həyata keçirmişlər. Planlı yoxlama zamanı tibb işçiləri X4, X8 və X10 oğlu sertifikasız tibb fəaliyyəti ilə məşğul olması müəyyən olunmuşdur. Eyni zamanda lisenziyadan kənar iş və fəaliyyət yəni, stasionar ginekoloq, diş texniki, rentgenoloji iş, mikrobioloji iş və fəailiyyət aşkar edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" Firmasının İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törətməsinə görə həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Firmasının direktoru Nümayəndə1 özünü təqsirli bilməyərək izahatında göstərdi ki, göstərilən iradlardan bir hissəsi 2011-ci ildə Səhiyyə Nazirliyində lisenziyanı imzalamış Abbas Vəlibəyov və Viktor Qasımov, Hüquqşünas Qədirli ilə müzakirə olunmuş qərar qəbul edilmişdir ki, ümumi Cərrahi Stasionarda ümumi cərrah ilə ambulator ginekoloq gineokoloji əməliyyatlar edə bilər, lakin mamalıq yardımı edilə bilməz. Çünki mamalıq yardımı stasionarda yoxdur, yəni mamalıq yardımı lisenziyası verilməmişdir. Ümumi profil Cərrahi Stosionarda ümumi cərrah ilə ginekoloq müştərək birgə əməliyyat xüsusi razılaşmada ambulator ginekoloq cərrah fəaliyyətinə razılığ vardır. Lisenziyada stomotoloq - ortoped olan klinikada texniki laboratoriya, avadanlıq yoxdur, sadəcə bir işçini texnik kimi işə qəbul edərkən işçi həmin xidmətləri müqavilə ilə digər klinikalarda həyata keçirir. Ona görə texniki laboratoriya lisenziyası alınmamışdır. İcbari Tibbi Sığortanın göstərişinə əsasən 2-ci əldən rentgenoloji aparat alınaraq klinikaya qoyulsa da, rentgenoloji aparatdan istifdə olunmamışdır. Bundan başqa bakterioloji laboratoriya klinikada mövcud deyil, bununla bağlı "xxxx" firması ilə “Sağlam ailə” Tibb mərkəzi araında labarotor xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Gündəlik xəstələr “Sağlam ailə” Tibb mərkəzinin labarotoriyasından keçsə də aralarındakı razılaşmaya əsasən analizlərin nəticələri öz blanklarında qeyd olunur. Bundan başqa klinikada işləyən X5 daxili əmrlə xx.xx.2022-ci il tarixdə icbari tibbi sığorta işinin təşkili həvalə edilmişdir. Digər həkimlər- X4 və X1 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilsə də klinikanın mühasibi xəstə olduğundan əmək müqavilələrinə xitam verilməsi xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir. Qeyd olunalara əsasən "xxxx" Firmasi barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru və protokolu tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, "xxxx" Firmasının İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyi üçün İXM-nin 215.1-ci maddəsi ilə icraata xitam verilməli və 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün hüquqi şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli, 889 №-li qərarından görünür ki, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə ünvan 1rmasında təşkilatın fəaliyyətinin yoxlanılması barədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materialında olan "xxxx" Firmasına ünvanlanan plan üzrə (növbəti) yoxlamanın keçirilməsi barədə bildirşdən görünür ki, "xxxx" Firmasının fəaliyyət ünvanı ünvan 3ində plan üzrə (növbəti) yoxlama keçiriləcəkdir. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, yoxlamaya əsas olan sənədlərin surətləri Sizə rəsmi şəkildə təqdim olunur və yoxlayıcı (yoxlayıcılar) tərəfindən "xxxx" Firmasının fəaliyyət ünvanı ünvan 3ində plan üzrə (növbəti) yoxlamanın keçirilməsinə şərait yaradılmasını xahiş olunmuşdur. İş materialında olan X6 planlı (növbəti) yoxlama küçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 513 №-li aktından görünür ki, xx.xx.2022-ci il tarixli, 889№-li qərar ilə, 11:40-da "xxxx" Firmasında yoxlama başlanılmışdır. İş materialında olan "xxxx" Firması (sifarişçi) və “Sağlam ailə” Tibb mərkəzi (icraçı) arasında olan labarotor xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, 2-05t/22 saylı müqavilədən görünür ki, texnoloji qaydada bioloji materialın düzgün aparılmasının təmin edilməsi və laborator təhlilin keçirilməsi üçün materialları vaxtında, müvafiq qaydada qablaşdıraraq, məsul şəxsin imzası ilə və möhürlənmiş şəkildə icraçıya təqdim etmək, icraçıdan materialın təhlili materiallarını əldə etmək üçün Müqavilənin 3.1.2-ci maddəsində göstərilən vasitələrdən istifadə etmək qeyd olunmuşdur. İş materialında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişlərindən görünür ki, X1 və X2 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsnini 49-cu maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı bəndinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq qeyd edir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı bəndinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Yuxarıda sadalanan iş materialları ilə "xxxx" Firmasına məxsus tibb müəssisəsində çalışan tibb işçinin sertifikasiyadan keçmədən fəaliyyətə buraxılması öz təsdiqini tapmış və "xxxx" Firması İXM-in 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı "xxxx" Firması tərəfindən İXM-nin 215.1-ci madəsində nəzərdə tutlan iznbati xətanın törədilməsi öz təsdiqini tapmamışdır. Belə ki, "xxxx" Firmasının cərrahi fəaliyyətlə bağlı lisenziyası vardır. Ginekoloji xidmətlə bağlı firmada cərrahla birlikdə müştərək əməliyyat icra olunmuşdur. Bu məsələ firmanın məhz stasionar ginekoloji fəaliyyətlə məşğul olması kimi qiymətləndirilə bilməz. Həmçinin firmanın stomotoloq – ortoped fəaliyyəti ilə məşğul olmasına dair lisenziyası vardır. Yoxlama zamanı firmanın lisenziyadan kənar diş texniki fəaliyyəti ilə məşğul olmasına dair inzibati xətanın olmasına dair protokolda qeyd olunsa da, yoxlama zamanı obyektiv həqiqətin müəyyən olunması üçün yoxlayıcılar tərəfindən firmanın inzibati binasında diş texnikinin istifadəsi üçün zəruri avadanlığın (soba və sair) olması müəyyən olunmamışdır. Firmanın inzibati binasında rentgenoloji aparatın mövcud olması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, rentgenoloji aparatın mövcudluğu həmin aparatdan istifadə olunması demək deyildir. Bundan başqa "xxxx" Firmasının adına olan blankda analizlərin qeyd olunması məsələsinə isə firmanın direktoru məhkəmədə aydınlıq gətirmişdir. Belə ki, "xxxx" Firması ilə “Sağlam ailə” Tibb mərkəzi arasında mikrobioloji xidmətlərlə bağlı labarotor xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, 2-05t/22 saylı müqavilə vardır. Həmin müqaviləni firmanın direktoru məhkəməyə təqdim etmişdir. İşin həqiqi halı ondan ibarətdir ki, faktiki olaraq mikrobioloji xidmətləri "xxxx" Firması yox “Sağlam ailə” Tibb mərkəzi həyata keçirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" Firmasının əməlində İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən olunmur. Buna görə də "xxxx" Firmasının barəsində İXM-nin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Firması tərəfindən İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar ilə tam sübut olunur. İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" Firması İXM-nin 215.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" Firması barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı ünvan 1rması (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6.000,00 (altı min) manat məbləğində cərimə olunsun. "xxxx" Firmasının (VÖEN **********) əməlində İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən olunmadığından İXM-nin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2759/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2759/2022
06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver