Məhkəmə qərarları › İş №3(060)-276/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-276/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-276/2024 05.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şəxs MMC (hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 1022, VOEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi ilə barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Sumqayıt regional X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Sumqayıt regional X4 İdarəsinin (bundan sonra – İdarə) inspektoru X2 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 518.1-ci maddəsinə əsasən 17 yanvar 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 48-ci məhəllə, Koroğlu prospektində yerləşən Şəxs MMC-yə məxsus aptekdə keçirilən plan üzrə YTM-də “X1”nın № 01.2001 bənd 4.6-nın tələbləri pozulmuşdur. İnzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibai xəta haqqında protokolu tərtib etmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin xx.xx.2024-cü il tarixli, 0052 nömrəli yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərarda göstərilmişdir ki, Şəxs MMC-yə məxsus olan Sumqayıt şəhəri, 48-ci məhəllə, Koroğlu prospektində yerləşən aptekin daxilində layihədən kənar otaqlar yaradılıb və yenidənqurma işləri aparılarkən layihə sənədləri DYNX-yə təqdim edilməyib. Bu səbəbdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 33.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında xx.xx.2024cü il tarixli, 0052 №-li aktdan görünür ki, Şəxs MMC-yə məxsus olan Sumqayıt şəhəri, 48ci məhəllə, Koroğlu prospektində yerləşən aptekdə plan üzrə (növbəti) müayinə aparılmışdır. İş materiallarında olan yanğın-texniki müayinəsinin xx.xx.2024-cü il tarixli, 0052 №-li aktında aşkar olunmuş pozuntuların məzmunu nəzərdə tutulmuşdur. Aşkar olunmuş pozuntulara aptekin daxilində layihədən kənar otaqlar yaradılıb və yenidənqurma işləri aparılan zaman layihə sənədləri DYNX ilə razılaşdırılmayıb. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.16-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 235, 243.0.4, 268, 276, 277, 311, 518, 519, 536 və 543-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, X4 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X4 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, X1na əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun müvəkkil edilmiş vəzifəli şəxsləri X4ni apararkən dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və X1na əməl olunmasını yoxlamaq hüququna malikdirlər (maddə 25). “31” may 2001-ci il tarixli Azərbaycan Respublikasında X1nın 1.9.12-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin tə`min edilməsi sahəsində hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini X4 Orqanları ilə razılaşdırmaq, həmçinin yuxarıda adları çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya müəssisənin təyinatı üzrə fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara məlumat vermək vəzifəsini yerinə yetirməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC barəsində Sumqayıt regional X4 idarəsi tərəfindən qəbul edilmiş 17 yanvar 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Bununla da Şəxs MMC İXM-in 518.1-ci maddəsinin tələblərini pozmuşdur. İnzibati xəta Şəxs MMCyə məxsus Sumqayıt şəhəri ərazisində yerləşən aptekdə baş vermişdir. Bu səbəbdən Sumqayıt Şəhər Məhkəməsi hazırkı işə baxmaqda səlahiyyətlidir. İXM-in 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar