Məhkəmə qərarları › İş №3(060)-2761/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2761/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2761/2023 30.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, DİN BDYPİ X1 xx.xx.2023-cü il tarixli, EQ 18004040 saylı protokolu əsasında qəbul edilmiş qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi BDYPİ X1 xx.xx.2023-cü il tarixli, EQ 18004040 saylı protokolu əsasında qəbul edilmiş qərarı ilə X3 Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 20 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Nihad İsgəndərov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında, xx.xx.2023-cü il tarixli, EQ 18004040 saylı protokolu əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 12 noyabr 2023-cü il tarixdə idərə etdiyi nəqliyyat vasitəsini Dəmir Yolu vağzalında “Okean” şadlıq evi ilə üzbəüz hissədə digər nəqliyyat vasitələri kimi saxlayıb elektrik qatarı ile Bakı şəhərinə getmişdir. Həmin günü SMS Radar mobil tətbiqi vasitəsilə inzibati X7 EQ 18004040 nömrəli qərar mobil cihazına göndərilmişdir. Qeyd olunan Qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 12 noyabr 2023-cü il saat 16:10 raddələrində Sumqayıt şəhəri Dəmiryol vağzalı (Okean dairəsi adlanan ərazidə) 20 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin ərazidə dayanma-durma ilə bağlı heç bir nişan quraşdırılmayıb. Bu səbəbdən də həmin qərar əsassız hesab edilərək ləğv olunmalıdır. 13 noyabr 2023-cü il tarixdə AR DİN-nə elektron poçt vasitəsilə şikayət olunmuşdur. Elektron poçt vasitəsilə şikayətinin qeydə alınması barədə 20 noyabr 2023-cü il tarixdə SMS bildiriş daxil olmuş və 3-13-16/1-İ-1598xx/xx/2023 nömrəli müraciətinin qəbul olunduğu qeyd olunmuşdur. Bundan başqa 14 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 poçt vasitəsi ilə rəsmi vəsatət göndərilmiş, lakin bu günə qədər müraciətinə cavab verilməmişdir. Qeyd edir ki, o, inzibati xətanı törətməmişdir. “X6” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsininin tələblərini pozmamışdır. Sumqayıt şəhər DYPŞ-nin əməkdaşı qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqında iş üzrə qərar qəbul etmişdir. O, həmin qərarla razı deyil. Belə ki, şikayətə əlavə edilmiş fotoşəkillərdən görsənir ki, həmin ərazidə dayanma-durma qadağandır işarəsi quraşdırılmamış, həmin ərazi daim nəqliyyat vasitələrinin dayanması üçün istifadə olunur. Eyni zamanda onuda bildirmək istəyir ki, nəqliyyat vasitəsi döngədən təxminən 15-20 metr məsafədə saxlanılmışdır. Həmçinin hesab edir ki, həmin ərazidə dayanma-durma işarəsi olmadığı halda cavabdeh orqanın əməkdaşı tərəfindən bortkompyuter vasitəsilə protokol tərtib etməsi qanunsuz sayılmalı, iş üzrə obyektiv qərar qəbul edilməli və icraata xitam verilməlidir. AR İXM-nin 346.1-ci maddəsinə görə Dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Konstitisiyasının 60-cı maddəsinin İ bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. nzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun tətbiq edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərardan şikayət verən X3 və BDYPİ X1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Qərardan şikayət verən X3 şikayəti ilə birlikdə məhkəməyə ərizə ilə müraciət edərək Ali təhsil müəssisəsində əyani təhsil almağını nəzərə alıb, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarına şikayət verən şəxs tərəfindən əlavə edilmiş fotoşəkillərdən görünür ki, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomomobil yolun hərəkət hissəsində saxlanıldığı üçün xüsusi texniki vasitənin köməyi ilə fotoşəkli çəkilməklə, elektron protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş günün qaranlıq vaxtı çəkilmiş digər fotoşəkildən də müəyyən etmək olur ki, avtomoillərin asaxlanıldığı yer məhz yolun hərəkət hissəsidir və asfalt örtüyün üzərinə üfüqü nişanlama xətti çəkilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən Dayanma və ya durma qaydalarını pozmağa görə- iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə X2 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, “X6” Azərbaycan Respublikasının Qanununun 61-ci maddənin İ hissəsin görə yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır. Həmin Qanunun 52-ci maddəsinin birinci hissəsinə görə Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Həmin Qanunun 52-ci maddəsinin altıncı hissəsində nəqliyyat vasitələrinin durması qadağan edilən yerlərdən biri də yaşayış məntəqələrindən kənarda yolların hərəkət hissəsi qeyd olunmuşdur. Həmin Qanunun əsas anlayışlar adlanan 1-ci maddəsində qeyd edilir ki, hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir, [2] Yolun hərəkət hissəsi dedikdə-yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); Yol çiyini dedikdə yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulduqda, “yol çiyini” digər yol istifadəçiləri üçün yolun qalan hissəsinin kənarıdır; İş materiallarına əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi Nihad İsgəndərov idarə etdiyi **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili məhz yolun hərəkət hissəsinə aid olan yerdə saxlamış və nəticədə inzibati xətalar qanunvericiliyinin qeyd olunan tələblərini pozmuşdur. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, X2 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Daxili İşlər Nazirliyi BDYPİ X1 xx.xx.2023-cü il tarixli, EQ 18004040 saylı protokolu əsasında qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar