Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2762/2023 22.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2003-cü ildə Abşeron ray., Saray qəsəbəsi ünvanında anadan olmuş, AR vətəndaşı, subay, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Şəxs barəsində AR İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunub, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı Nicat İmranlı tərtib etdiyi protokola uyğun izahat verərək Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Bildirdi ki, inzibati xəta törətmiş şəxslər 2 nəfər olduğu üçün sənədləşdirmə işləri uzun çəkdiyindən Şəxs inzibati qaydada 24 saatdan çox saxlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək bildirdi ki, 21 noyabr 2023-cü il tarixdə, saat 03 radələrində, dostu X2 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən kafelərdən birindən çıxdıqdan sonra o, içkili vəziyətdə olmuş, dostu yıxılmaması üçün onu tutub saxlamışdır. Ətrafda bunları görən polis əməkdaşları onlara yaxınlaşaraq sakitləşmələrini tələb etmişdir. İçkili vəziyətdə olduğundan hadisələri tam olaraq xatırlamır. Sağ üz nahiyəsində cızıq izlərinin hansı şəraitdə yaranmasından xəbərsizdir. Əməlindən peşmandır, təqsirini etiraf edir. Qardaşı Vətən müharibəsi iştirakçısıdır, “Kəlbəcərin azad olunmasına” görə medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş, atası Elşad Qənbərov İİİ qrup əlil olmaqla İ Qarabağ müharibəsi iştirakçısıdir. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, o, Sumqayıt ŞPİ-nin PPX taborundan polis nəfəri olaraq çalışır. 21 noyabr 2023-cü il tarixdə 9181 çağırılı avtopatrulda postaçı yoldaşı Şahid2 vasitəsi ilə xidmətdə olan zaman saat təxminən 03 radələrində manqa komandiri Ceyhun Quliyev 9198 çağırışlı efir vasitəsi ilə onları Sumqayıt şəhəri Zülfi Hacıyev küçəsinə çağırmışlar. Onlar həmin əraziyə yaxınlaşan zaman iki nəfər vətəndaşın dava edərək uca səslə ünvansız küçə söyüşləri söydüyün müşahidə etmişlər. Onlar həmin iki nəfər vətəndaşa yaxınlaşmış, özlərini təqdim edərək onları nizam-intizama dəvət etmiş, lakin hər iki şəxs spirtli içkinin təsiri altında olduqlarından onlara məhəl qoymamışlar. Onlar həmin şəxsləri bölməyə dəvət etsələr də, sonradan adının Səid olduğunu bildikləri şəxs onun yaxasından tutmuş, qaçmağa başlamışdır. Həmin anda sonradan adının Ərşad olduğunu bildiyi vətəndaş xidməti avtomobilin relsli qapısına təpiklə vurmuşdur. Daha sonra hər iki şəxsə fiziki qüvvə tətbiq olunmuş, hər ikisi post-patrul maşınına əyləşdirilərək Sumqayıt ŞPİ-nin 3-cü PB-ə gətirilmişdir. Səid Məmmədov bölməyə aparılan zaman qolları qandallı olmuş, bərk sərxoş olduğundan pilləkanları çıxan zaman üsü üstündə yıxılmış, sağ üz nahiyəsində cızıq yaranmışdır. Saxlanılan zaman nə o nə də postaçı yoldaşı tərəfindən vətəndaşlara qarşı heç bir fiziki təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin PPX taborundan polis nəfəri Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid X2 bildirdi ki, 21 noyabr 2023-cü il tarixdə, saat 03 radələrində, dostu Şəxs ilə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən kafelərdən birində yeyib işmiş, kafedən çıxdıqdan sonra dostu orta dərəcəli içkili vəziyyətdə olmuşdur. Lakin o, dostuna nisbətən daha ayıq vəziyyətdə olmuş, bu səbəbdən Ərşadın içkinin təsirindən yıxılmaması üçün onu tutub saxlamışdır. Bildirir ki, ətrafda gecə vaxtı olduğundan kimsəni görməmişdir. Əgər kimsə olsaydı onların bu hərəkətini dava-dalaş, mübahisə edilirmiş kimi qəbul edərdi etmişlər. Lakin qeyd etdiyi kimi həmin vaxt onlar mübahisə etməsə də, demiş, gülmüşlər, biri-digərindən möhkəm tutmuşlar. Bu zaman ərazidə xidmər aparan polis əməkdaşları onlara yaxınlaşaraq, səs-küy salmamağı, qaydalara riayət etməyi tələb ertmişlər. O, xidməti avtomobilə əyləşdikdən sonra düşüb qaçmaq istəsə də, buna müvəffəq olmamış, belə ki, onu polis əməkdaşı tutaraq xidməti avtomobilin arxa oturacağında əyləşdirərək Polis bölməsinə gətirmişlər. Qeyd edir ki, bölməyə daxil olarkən dostu Ərşadın yixıldığını görməmişdir. İş materiallarından görünür ki, baş vermiş hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin PPX taborunun polis nəfəri Şahid2 3-cü PB-nin rəisinə “Raportla” müraciət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, A/2142 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 04:10da müayinə olunmuş, müayinə zamanı Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur, müayinə aktında eyni zamanda Şəxs müayinə zamanı sol gicgah nahiyyəsində cızılmış yaranın olduğu da qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Şəxs həmin tarixdə 3-cü PB-də verdiyi izahatında əməlini etiraf etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi, şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməs ihəm barəsində protokol tərtib edilmiş şəxsin və şahidlərin izahatları, o cümlədən iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs onu polis bölməsinə dəvət etmək istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə inzibati xəta törətmişdir. AR İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 535.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən AR İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Şəxsnın əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ 3-cü PB-nin sahə rəisi Nicat İmranlının ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. AR İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə tənbeh öz məqsədinə nail ola bilər. İşdə olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 05:00da tutulmuş, xx.xx.2023-cü il tarixə saat 10:30-da azad edilmişdir. Bu hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin, və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən 02 (iki) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 100 (bir yüz) manat məbləğində cərimə olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2762/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2762/2023
22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver