Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2767/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə tənbeh edilməsinə dair Bakı şəhəri X8 İdarəsinin polis polkovniki X6 qəbul etdiyi 20 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətinə baxaraq müəyyən etdi: Bakı şəhəri X8 İdarəsinin polis polkovniki X6 qəbul etdiyi 20 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 342.3-cü maddəsi ilə təqsirli bilinib 500,00 manat məbləğində cərimə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinə X1 İXM-nin 342.3-cü maddəsi ilə tənbeh edilməsinə dair 20 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. İş materiallarındakı məlumatlara əsasən X1 tənbeh edilməsinə səbəb Nərimanov rayonu, F.X.Xoyski küçəsində xx.xx.2022-ci il tarixində, saat 18:42-də “BMW 428i minik” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın qurlaşdırılması olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. İXM-nin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsində baxılmalı olduğunu, ehtimal olunan inzibati xətanın Bakı şəhəri Nərimanov rayonu ərazisində baş verdiyini, şikayətə Sumqayıt Şəhər Məhkəməsində baxılması barədə əsaslandırılmış vəsatət verilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 118, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində Bakı şəhəri X8 İdarəsinin polis polkovniki X6 qəbul etdiyi 20 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə dair 3(060)-2767/2022 saylı iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2767/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2767/2022
28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver