Məhkəmə qərarları › İş №3(060)-2767/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2767/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2767/2024 10.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. 03 dekabr 2024-cü il tarixli və 06 dekabr 2024-cü il tarixli məhkəmə iclaslarında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (direktoru) X3 izahatında bildirmişdir ki, Şəxs MMC ilə Hindistanda fəaliyyət göstərən “Hamza Karpets” şirkəti arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən onlar həmin şirkətdən tekstil malları almışlar. Bunun üçün Şəxs MMC-nin adından “Hamza Karpets” şirkətinin hesabına 03 dəfə müxtəlif məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. Köçürülmüş vəsaitlərə görə malların bir qismi ölkəyə idxal edilsə də, xx.xx.2022-ci il tarixdə köçürülmüş 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində vəsaitə görə mallar “Hamza Karpets” şirkətinin adından ölkəyə idxal edilməmişdir. Həmin vaxt “Hamza Karpets” şirkəti ilə bağlı müəyyən problemlər yarandığı üçün həmin şirkətin rəbərinə məxsus digər şirkətlə - "xxxx" şirkəti ilə müqavilə bağlamışlar və sonuncu şirkətlə əməkdaşlıqlarını davam etdirmişlər. Bundan sonra "xxxx" şirkətinin hesabına dəfələrlə pul vəsaitləri köçürmüşlər və malları idxal edilmişdir. xx.xx.2022-ci il tarixdə köçürülmüş 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində vəsaitə görə mallar artıq "xxxx" şirkətinin adından ölkəyə idxal edilmişdir. Bu barədə çoxsaylı gömrük bəyannamələri də mövcuddur. Hər iki şirkətin rəhbərinin eyni şəxs olması bir daha təsdiq edir ki, “Hamza Karpets” şirkətinin hesabına köçürülmüş pul vəsaitlərinə görə mallar "xxxx" şirkətinin adından ölkəyə idxal edilmişdir. Həmçinin bildirmişdir ki, “Hamza Karpets” və "xxxx" şirkətlərinin hesabına ümumilikdə indiyə kimi Şəxs MMC-nin adından 493.650 ABŞ dolları pul vəsaiti göndərilmiş və indiyə kimi həmin şirkətlərdən ölkəyə 395.988,43 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilmişdir. Arada 100.000 ABŞ dollarına yaxın fərq olsa da, həmin mallar iki köçürmələrdən iki illik müddət başa çatana kimi ölkəyə idxal ediləcək. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş sənədlərdən görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 30.500 (otuz min beş yüz) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüş və həmin vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi və təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin hüquqi ünvanında, yəni ünvan 1 İş materiallarında olan Şəxs MMC-nin nümayəndəsi (direktoru) X3 tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Şəxs MMC tərəfindən Hindistanda fəaliyyət göstərən “Hamza Karpets” və "xxxx" şirkətlərinin hesabına ümumilikdə indiyə kimi Şəxs MMC-nin adından 493.650 ABŞ dolları pul vəsaiti göndərilmişdir. Bunlardan 61.500 ABŞ dolları “Hamza Karpets” şirkətinin hesabına (20.000, 10.000 və 31.5000 ABŞ dolları olmaqla), 432.150 ABŞ dolları isə "xxxx" şirkətinin hesabında göndərilmişdir. İndiyə kimi “Hamza Karpets” şirkətinin adından 26.945,28 ABŞ dolları məbləğində, “JB Export” şirkətinin adından isə 366.043,15 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilmişdir. Yəni, Monycom” MMC-nin adından “Hamza Karpets” və "xxxx" şirkətlərinin hesabına ümumilikdə 493.650 ABŞ dolları pul vəsaiti göndərilsə də, indiyə kimi həmin şirkətlərdən ölkəyə 395.988,43 ABŞ dolları məbləğində mal idxal edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, “Hamza Karpets” və "xxxx" şirkətlərinin direktoru eyni şəxsdir (X6). Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi iddia etmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Hamza Karpets” şirkətinin hesabına köçürülmüş 30.500 (otuz min beş yüz) ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar sonradan "xxxx" şirkətinin adından ölkəyə idxal edilmişdir. Məhkəmə MMC-nin nümayəndəsinin qeyd edilən iddialarına münasibətdə qeyd edir ki, təqdim edilmiş sənədlərlə xx.xx.2022-ci il tarixdə Hamza Karpets” şirkətinin hesabına köçürülmüş 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində vəsaitə görə alınmış malların ölkəyə idxal edilməsi öz təsdiqini tapmır. Belə ki, yuxarıda qeyd edildiyi kimi Şəxs MMC-nin adından “Hamza Karpets” və "xxxx" şirkətlərinin hesabına ümumilikdə 493.650 ABŞ dolları pul vəsaiti göndərilsə də, indiyə kimi həmin şirkətlərdən ölkəyə 395.988,43 ABŞ dolları məbləğində mal idxal edilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs MMC-nin adından “Hamza Karpets” və "xxxx" şirkətlərinin hesabına köçürülmüş vəsaitlərin ümumi məbləği ilə həmin şirkətlərin adından ölkəyə idxal edilmiş malların ümumi dəyəri eynilik təşkil etmiş olsa idi, MMC-nin nümayəndəsinin iddialarının doğruluğu nəticəsinə gəlmək olardı. İndiki halda xx.xx.2022-ci il tarixdə “Hamza Karpets” şirkətinin hesabına köçürülmüş 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində vəsaitə görə alınmış malların ölkəyə idxal edilməsini təsdiq edən hər hansı sübut mövud deyil. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixində 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 02 (iki) il müddətində banka təqdim edilməmiş və ya valyuta vəsaiti geri qaytarılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 31.500 (otuz bir min beş yüz) ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 6.300 (altı min üç yüz) ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar