Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2773/2023 19.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs (VÖEN: **********), Suqmayıt şəhəri, Ş.Pənahov küçəsi, ev 62 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seiyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşları Nicat Cahangirli və Tamerlan Ağayev tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küçəsində yerləşən Şəxs fəalliyyət göstərdiyi “Elegance Avto” adlı sahibkarlıq obyektinin fasadında müvafiq icazə olmadan 15,8 kvadrat metr fasad reklamı yerləşdirilməsi müəyyən olunmuşdur. Ona görə də şəxsə rəsmi qaydada məktubla xəbərdarlıq edilərək müvafiq icazə almalı olduğu bildirilmişdir. Bu barədə “Elegance Avto” adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan Şəxs barəsində xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuş, xx.xx.2023-cü il tarixdə yazılı göstəriş göndərilmiş və ona göstərişi aldığı vaxtdan 5 (beş) gün ərzində açıq məkanda reklam yerləşdirilməsi və yayımına icazə alınması üçün Sumqayıt Regional Reklam İdərəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımının dayandırmağı tələb olunmuşur. Lakin, sahibkar buna heç bir əhəmiyyət verməmişdir. Daha sonra, 14 noyabr 2023-cü il tarixli bildirişlə sahibkara barəsində İXM-nin 428.7-ci maddəsinin uyğun bəndi ilə protokol tərtib olunması barədə rəsmi xəbərdarlıq edilmişdir. 21 noyabr 2023-cü il tarixdə isə Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3cü maddəsi ilə protokol tərtib olunmuşdur. Protokol tərtib olunarkən Şəxs iştirak etsədə, protokolu imzalamaqdan imtina etmişdir. Protokulun surəti xx.xx.2023-cü il tarixli, 11-3-2/2- 2133/2023 nömrəli məktubla ünvana göndərilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, reklam idarəsinin əməkdaşları onun barəsində qərəzli olaraq protokol tərtib etmişlər. Belə ki, onun barəsində həmin idarə tərəfindən daha öncə də protokol tərtib edilmiş, lakin məhkəmədə onun xeyrinə qərar qəbul edilmişdir. Hazırki iş üzrə reklam idarəsinin əməkdaşları obyektdə olarkən bildirmişdir ki, yaxın vaxtda obyekti bağlayacaq, çünki müflis olmuşdur. Lakin, Reklam İdarəsinin əməkdaşları bu hala əhəmiyyət verməyərək barəsində protokol tərtib etmişlər. Barəsində prtokol tərtib edilən vaxt o, artıq obyekdə olan malları boşaltmaqla məşğul olmuşdur. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə olan obyekt həqiqətən ona məxsus olmuş, lakin hazırda oranı boşaltmışdır. Reklam İdarəsinin əməkdaşları obyektdə olarkən ona hər hansı xəbərdarlıq etməmişlər. Yazılı şəkildə ona gələn sənədi isə oxumamışdır. Həmçinin bildirmişdir ki, təxmini noyabr ayının ortalarında adına olan VÖEN-i də dayandırmışdır. Məhkəmə iclasında iş materiallarının 8-ci vərəqində olan poçt qəbzi (xəbərnamə) Şəxs təqdim edilərək orada olan imzanın ona məxsus olub-olmaması barədə sual verildikdə isə, Şəxs qəbzdə soyadının qarşısında olan imzanın ona məxsus olmasını təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarının 6-cı vərəqində olan xx.xx.2023-cü il tarixli 000126 saylı aktdan görünür ki, Şəxs (VÖEN: **********) Sumqayıt şəhəri, 17-ci mkr., İ.Qayıbov küçəsində yerləşən “Elegance Avto” adlı sahibkarlıq obyektində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbini pozaraq açıq məkanda icazə sənədi olmadan qanunsuz reklam daşıyıcısı, ümumi sahəsi 15,8 m2 olmaqla yerləşdirmiş və yayımlamaqdadır. İş materiallarının 7-ci vərəqində olan Sumqayıt Regional Reklam İdarəsinin Şəxs ünvanladığı xx.xx.2023-cü il tarixli yazılı göstərişdən görünür ki, Sumqayıt şəhəri, 17-ci mkr., İ.Qayıbov küçəsində yerləşən “Elegance Avto” adlı sahibkarlıq obyektində açıq məkanda yayımlanan reklamların yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün göstərişi aldığı vaxtdan 5 (beş) gün müddətində Sumqayıt Regional Reklam İdarəsinə müraciət etməsi tələb edilmişdir. Əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinin müvafiq bəndi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndəriləcəyi nəzərinə çatdırılmışdır. İş materiallarının 8-ci vərəqində olan “Azəri Express” poçt xidmətinə məxsus xəbərnamədən görünür ki, Sumqayıt Regional Reklam İdarəsinin göndərdiyi sənəd xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarının 11-ci vərəqində olan Sumqayıt Regional Reklam İdarəsinin Şəxs ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, fəaliyyət göstərdiyi Sumqayıt şəhəri, 17-ci mkr., İ.Qayıbov küçəsində yerləşən “Elegance Avto” adlı sahibkarlıq obyektində açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə barəsində xx.xx.2023-cü il tarixdə saat 12:00-da protokol tərtib ediləcək. İş materiallarının 3, 4, 5 və 9-ci vərəqələrində fotoşəkillərdən görünür ki, həmin fotoşəkillər müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə çəkilmişdir. Fotoşəkillərdə “Elegance Avto” adlı sahibkarlıq obyektinin üzərində böyük ölçülü reklam daşıyıcılarının olması müşahidə edilir. İş materiallarının 2-3-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli MN seiyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Sumqayıt şəhəri, 17-ci mkr., İ.Qayıbov küçəsində yerləşən “Elegance Avto” adlı sahibkarlıq obyektində ümumu sahəsi 15,8 m2 olan reklam daşıyıcıları açıq məkanda icazə sənədi olmadan yerləşdirilmiş və yayımlanmaqdadır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Sumqayıt şəhəri, 17-ci mkr., İ.Qayıbov küçəsində “Elegance Avto” adlı sahibkarlıq obyektində fəaliyyət göstərmişdir (VÖEN: **********). Həmin obyektin üzərində 15,8 m2 reklam daşıyıcısının olmasına görə xx.xx.2023-cü il tarixdə Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən akt tərtib edilmiş və fotoşəkil çəkilmişdir. Sumqayıt Regional Reklam İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs yazılı göstəriş göndərilərək açıq məkanda yayımlanan reklamların yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün göstərişi aldığı vaxtdan 5 (beş) gün müddətində Sumqayıt Regional Reklam İdarəsinə müraciət etməsi tələb edilmişdir. Əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinin müvafiq bəndi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndəriləcəyi nəzərinə çatdırılmışdır. Həmin göstəriş poçt vasitəsi ilə rəsmi qaydada xx.xx.2023-cü il tarixdə Şəxs çatıdırılmışdır. Lakin, Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq beş gün müddətində göstərişdə olan tələbləri yerinə yetirməyərək reklamların yayımının dayandırmamış və müvafiq icazənin alınması üçün Sumqayıt Regional Reklam İdarəsinə müraciət etməmişdir. Bu səbəbdən də əvvəlcədən rəsmi qaydada məlumatlandırılmaqla onun barəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü müdafiə xarkterli izahatında bildirmişdir ki, reklam idarəsinin əməkdaşları reklamın yığışdırılması ilə bağlı ona heç nə deməmişlər, o isə qanunvericiliyin tələbini bilmədiyi, həmçinin yazılı şəkildə ona göndərilmiş sənədi oxumadığı üçün göstərişlərə əməl etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin normativ hüquqi aktların məsuliyyət müəyyən edən normalarını bilməməsi yaxud ona göndərilmiş rəsmi xəbərdarlığı oxumaması inzibati xəta haqqında iş üzrə məsuliyyəti istisna edən hal kimi qiymətləndirilə bilməz. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından görünür ki, Şəxs adına ********** nömrəli VÖEN olmaqla, o, inzibati xətalar haqqında qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxsdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2773/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2773/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver