Məhkəmə qərarları › İş №3(060)-2773/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2773/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2773/2024 26.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs "xxxx" MMC-nin direktoru X5 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Nümayəndə Qərarından şikayət verilən Azərbaycan Respublikası X2 nümayəndəsi X4 iştirakları ilə, "xxxx" MMC-nin direktoru X9 tərəfindən Qida X1 X10 MN ******* saylı xx.xx.2024-cü il tarixli “İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar”-dan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Qida X1 X14 M0924-18 nömrəli, xx.xx.2024-cü il tarixli məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın icra edilməməsinə görə "xxxx" MMC-nin direktoru X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində “İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında” MN 00111119 saylı, 24 oktyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Qeyd edilən qərardan narazı qalan "xxxx" MMC-nin direktoru Elvin Yaqublunun müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək qəbul edilən həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Elvin Yaqublunun müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, Qida X1 X14 MN № ******* saylı, xx.xx.2024-cü il tarixli qərarla "xxxx" MMC-nin direktoru kimi Elvin Yaqublunu 4000 manat şərti cərimə etmişdir, ona görə ki, "xxxx" MMC tərəfindən edilmiş İD********** nömrəli, xx.xx.2024-cü il tarixli müraciətlə ölkəyə idxal edilmiş qida məhsulları üçün (bitki yağı) istehlakçıların hüquqlarının və ya ticarət qaydalanın pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələbləri həyata keçirilməmişdir. Tərəflərindən Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilərək Qida X1 X10 MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati cərimənin şərti tətbiq edilməsi barədə Qərarın və №M 0924-18 saylı, xx.xx.2024-cü il tarixli məhdudlaşdırıcı tətbirlərin tətbiqi barədə Qərarın ləğv edilməsi və Elvin Yaqublu barəsində inzibati icraata xitam verilməsi barədə Qərar qəbul edilməsi xahiş edilmişdir. Qida X1 X10 3-44-2/2-813/24 saylı, xx.xx.2024-cü il tarixli qərarında “Günəbaxan yağı” adlı məhsulun təyinatının dəyişdirilərək qida sahəsi (çörək istehsalı sahəsi daxil olmaqla) istisna olmaqla, qeyri-qida sahələrində texniki məqsədlər üçün istifadəsinin müsbət qiymətləndirilə bildiyi qeyd edilmişdir. Bundan sonra həmin qərarın tələblərinə uyğun olaraq Elvin Yaqublu həmin məhsulları satmış, qeyri-qida sahəsində istifadə edilmişdir. Lakin heç bir qadağanedici yazılı və ya şifahi tələb olmadığı halda agentlik № M 0924-18 saylı, xx.xx.2024-cü il tarixli məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar da qəbul etmişdir. Qida X1 X14 həmin qərarı qəbul edərkən pozuntu etmiş, qərarda hansı tələbin pozulduğunu, Elvin Yaqubluun hansı qanunsuz hərəkətlərinə əsasən bu qərarı qəbul etdiyini əsaslandırmamışdır. Nəticə etibarilə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Qida X1 X10 xx.xx.2024-cü il tarixində qəbul etdiyi №M 0924-18 saylı Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarı ona xx.xx.2024-cü il tarixində elektron poçt ünvanı vasitəsilə çatdırılmışdır. xx.xx.2024-cü il tarixində o bu qərarın tələblərinə riayət etməməyi səbəbilə cərimə edilmişdir. Halbuki, onun cərimə edildiyi dövrdə bu qərar mövcud olmamışdır, hələ 2 ay sonra bu qərar qəbul edilmişdir. Göründüyü kimi X18 X1 X10 hər hansı tələbinə tabesizlik göstərməmişdir. Belə ki, MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati cərimənin şərti tətbiq edilməsi barədə Qərarının heç bir hüquqi əsası yoxdur. Həmçinin qəbul edilmiş qərarların heç biri vaxtında qanunauyğun olaraq Elvin Yaqubluna çatdırılmamış, həmin qərarların mövcudluğundan sonradan məlumatı olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2312/2024 saylı, xx.xx.2024 tarixli Qərarı ilə şikayət təmin edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və qərar ləğv edilmişdir. Buna baxmayaraq Qida X1 X14 tərəfindən MN №0011119 saylı, xx.xx.2024-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarı qəbul edilmişdir. Həmin qərara əsasən №M 0924-18 saylı, xx.xx.2024-cü il tarixli Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarının icra edilməməsinə görə vəzifəli şəxs Elvin Yaqublu tərəfindən İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 4000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Göründüyü kimi xx.xx.2024-cü il tarixli Qərarın qəbul edilməsinə əsas verən №M 0924-18 saylı, xx.xx.2024-cü il tarixli Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 2312/2024 saylı xx.xx.2024 tarixli Qərarı ilə ləğv edilmiş, bu səbəbdən xx.xx.2024-cü il tarixli Qərarın hüquqi əsası qalmamışdır, ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X2 nümayəndəsi X6 izahatında bildirdi ki, Qida X1 X10 "xxxx" MMC barədə həyata keçirdiyi prosesin heç biri qanunsuz olmamışdır. Abşeron X10 idxal və ixaraca nəzarət sektorunun müdiri Elvin Yaqublunu dəvət edib, alqi-satqı müqaviləsini təqdim etməyi təklif etmiş, həmin şəxslər idarəyə alqı-satqı müqaviləsinə dair heç bir sənəd təqdim etməmişlər. Daha sonra "xxxx" MMC-nə məhsulun hamısının 2 ay ərzində satılmasının qeyri-mümkün olduğu bildirilərək adıçəkilən məhsulu həqiqətən də qeyri qida sahəsində istifadə edilib edilmədiyini müəyyənləşdirmək üçün məhsula baxış keçirilməsinə imkan yaradılmasına imkan yaradılması tərəflərindən təklif edilmişdir. X17 bu barədə məlumat verməmiş, məhsulu Kənan adlı şəxsə satdığını bildirmişdir. Daha sonra onlara Kənan adlı şəxsə məxsus olan 1 ədəd mobil nömrə vermişdir. Kənan adlı şəxslə 3 gün əlaqə yaratmağa çalışsalar da, bu mümkün olmamışdır. Daha sonra Elvin Yaqubluya bu barədə məlumat verilmişdir, o məlumatsız olduğunu bildirmişdir. Qalan məhsulun harda olduğuna dair heç bir məlumat verilməmişdir. Odur ki, şikayətin təmin olunmamasını və MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Qida X1 X14 İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında MN ******* saylı, 24 oktyabr 2024-cü il tarixli qərarı ilə vəzifəli şəxs Elvin Yaqublu İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilmişdir. Qida X1 X10 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar Elvin Yaqublu tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” M0924-18 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İD**********, nömrəli müraciət ilə ölkəyə idxal olunan günəbaxan yağı məhsuluna idxal sağlamlıq aktının verilməsi üçün Azərbaycan Respublikası X3 edilmiş müraciətlə idxal olunan nəzarət edilməli məhsul dövlət nəzarət orqanının nəzarəti olmadan istifadə edilmişdir. Məhsul partiyasından 20258 kq günəbaxan yağı məhsulunun 30 gün müddətində geri çağrılması təmin edilməli və bu barədə Agentliyin Abşeron-X14nə məlumat verilməlidir. Rusiya Federasiyasında yerləşən “RESURS” Yağ ekstradisiya zavodundan verilmiş 2346 nömrəli, xx.xx.2024-cü il tarixli keyfiyyət və Təhlükəsizlik Vəsiqəsinin surətindən görünür ki, “Blaqoyar” günəbaxan yağı 18 ay müddətində yararlıdır, uyğunluğun təsdiq olunması haqqında məlumatlar xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə qədər qüvvədədir. Qida X1 X14ndən "xxxx" MMC-yə ünvanlanmış 3-44-2/2-813/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli İD********** nömrəli müraciətlə ölkəyə daxil olan “Günəbaxan yağı” adlı qida məhsulunun laborator analiz nəticələrinin uyğunsuz çıxması ilə bağlı Agentliyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3- 44-2/1-445/24 nömrəli müraciətə X12 Regional Bölməsində aidiyyəti üzrə baxılmış və sözügüdən məhsulun təyinatının dəyişdirilərək qida sahəsi (çörək istehsalı sahəsi daxil olmaqla) istisna olmaqla, qeyri-qida sahələrində texniki məqsədlər üçün istifadəsi müsbət qiymətləndirilmişdir. Qida X1 Xızı Regional X7 ünvanlanmış 3-44-2/2-982/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X3 edilmiş İD********** nömrəli müraciətlə ölkəyə idxal olunan nəzarət edilməli məhsul dövlət nəzarət orqanının nəzarət olmadan istifadə edilmişdir. Keçirilən dövlət nəzarəti zamanı barənizdə Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli, Xİ-51/24 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC-nin direktoru Elvin Yaqublu ilə fərdi sahibkar X8 arasında həmin yağlara dair alqı-satqı müqaviləsi bağlanmışdır. “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, "xxxx" MMC 4200 litr “Blaqoyar” günəbaxan yağını hər bir litri 7,7 manat olmaqla, 38161.2 manata fərdi sahibkar Rəşad Ramazanova satmışdır. “Malların alıcıya təhvil verilməsi barədə” 02 nömrəli, xx.xx.2024-cü il tarixli təhviltəslim aktından görünür ki, satıcı "xxxx" MMC 4200 litr “Blaqoyar” günəbaxan yağını, bir litri 7,7 manat olmaqla, 38161.2 manat məbləğində yağı fərdi sahibkar Rəşad Ramazanova təhvil almışdır. Sumqayıt şəhər məhkəməsinin 3(006)-2312/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Qida X1 X10 İnzibati cərimənin şərti tətbiq edilməsi barədə MN № 001101 saylı, xx.xx.2024-cü il tarixli və Məhdudlaşdırıcı tətbirlərin tətbiqi barədə № M 0924-18 saylı, xx.xx.2024-cü il tarixli qərarları ləğv edilmiş, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib və tərəflərin izahatlarını dinləyib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Qida X1 X10 24 oktyabr 2024-cü il tarixli, MN ******* saylı şərti inzibati cərimə tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən "xxxx" MMC-nin direktoru Elvin Yaqublunun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Qida X1 X14 tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə tam əməl edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar ətraflı araşdırılmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Qida X1 X14 xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərarla "xxxx" MMC-nin direktoru kimi Elvin Yaqublunu 4000 manat şərti olaraq cərimə etmişdir, ona görə ki, MMC tərəfindən edilmiş İD********** nömrəli xx.xx.2024-cü il tarixli müraciətlə Rusiya Federasiyasından idxal edilmiş qida məhsulları üçün (bitki yağı) çıxarılmış № M0924-18 saylı, xx.xx.2024-cü il tarixli məhdudlaşdırcı tədbirlərin tətbiqi barədə qərarı icra etməmişdir. Lakin xx.xx.2024-cü il tarixli Qərarın qəbul edilməsinə əsas verən xx.xx.2024-cü il tarixli № M 0924-18 saylı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 2312/2024 saylı, xx.xx.2024 tarixli Qərarı ilə ləğv edilmiş, buna baxmayaraq inzibati orqan həmin qərarın ləğv edilməsinə əhəmiyyət verməyərək sözügedən qərara istinad etməklə xx.xx.2024-cü il tarixdə vəzifəli şəxsi şərti qaydada inzibati cərimə etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Belə ki, Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Lakin qanunun yuxarıda qeyd olunan normasına baxmayaraq göründüyü kimi məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə № M0924-18 saylı, xx.xx.2024-cü il tarixli qərar məhkəmə tərəfindən ləğv edilsə də Qida X1 X14 xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərarla "xxxx" MMC-nin direktoru kimi Elvin Yaqublunu əsasız və qanunsuz olaraq yenidən 4000 manat məbləğində şərti olaraq cərimə etmişdir İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu (bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Qida X1 X10 İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə MN № ******* saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və Elvin Yaqublu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 134.1.3, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Qida X1 X10 İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə MN № ******* saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və Elvin Yaqublu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar