Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2774/2024 04.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2003-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunub, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “Baharlı” restoranında nalayiq küçə söyüşləri söyərək ictimai qaydanı pozmuş, hadisə yerinə gələn polis əməkdaşları onu intizama dəvət etsələr də, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs 1-ci PB-nin sahə rəisi, polis kapitanı Tural Kazımov tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “Baharlı” restoranında bir neçə nəfər nalayiq küçə söyüşləri söyərək ictimai qaydanı pozmuş, restoranın inzibatçısı tərəfindən polisə müraciət olunmuş, hadisə yerinə yaxınlaşan PPXTnun əməkdaşları onları intizama dəvət etsələr də, onlar sərxoş olduğu üçün PPXT əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qərar edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək bildirdi ki, 02 noyabr 2024-cü il tarixdə dostları Cavidin ad gününü Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “Baharlı” restoranında qeyd etmək qərarına gəlmişlər. Həmin gün saat 20:30 radələrində dostu Turanla birlikdə həmin restorana gəlmiş, restoranda kabinetlərdən birində əyləşmişlər. Kabinetdə təxminən 15-20 nəfər olmuşlar, o, çox adamı tanımamışdır. Onlar təxminən 2-3 saat ərzində yemək yeyərək spirtli içki olan araq qəbul etmişlər. Turanla birlikdə kabinetdən çölə çıxmış, hər ikisi sərxoş olduğu üçün bir-biriləri ilə mübahisə etməyə və səslərini ucaltmağa başlamışlar. Daha sonra hadisə yerinə PPXT əməkdaşları gəlmişlər və onu, sonradan adının Rəvan olduğunu bildiyi şəxsi və Turanı polis bölməsinə gətirmişlər. O, Turanla yalnız sözlə mübahisə etmiş, onunla dalaşmamış, heç bir xəsarəti yoxdur, məhkəmə tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Bu barədə heç bir şikayət və ya tələbi yoxdur. Əməlindən peşman olmasının nəzərə alıb, məhkəmədən cərimə edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, 02 noyabr 2024-cü il tarixdə o, dostu Cavidanla birlikdə digər dostları Kənanın ad gününü qeyd etmək üçün Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “Baharlı” restoranına gəlmişlər. Onlar təxminən 2-3 saat ərzində yemək yeyərək spirtli içki olan araq qəbul etmişlər. Cavidanla birlikdə kabinetdən çölə çıxmış, hər ikisi sərxoş olduğu üçün bir-biriləri ilə mübahisə etməyə və səslərini ucaltmağa başlamışlar. Daha sonra hadisə yerinə PPXT əməkdaşları gəlmişlər və onları Polis Bölməsinə aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Baş vermiş hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin PPXT-nun İİ bölüyünün polis nəfəri, polis serjantı Ramin Məmmədli 1-ci PB-nin rəisinə “Raportla” müraciət etmişdir. “İnzibati qaydada tutma haqqında” 02 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:50-də tutulmuşdur. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə” A/2801 nömrəli, xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:50 radələrində yoxlama zamanı Şəxs orta dərəcəli sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə inzibati xəta törətmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 1-ci PB-nin sahə rəisi, polis kapitanı Tural Kazımovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Belə ki, İXM 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Şəxsin inzibati qaydada tutulması tənbeh tətbiq edilərkən nəzərə alınmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X2 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin, və həmin Məcəllənin 31.4- 1-ci maddəsinə əsasən 02 (iki) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 100 (bir yüz) manat məbləğində cərimə olunsun. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2774/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2774/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver