Məhkəmə qərarları › İş №3(060)-2777/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2777/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2777/2024 05.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs - X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə, Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, fərdi evində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə tap.az saytına satmaq üçün yerləşdirdiyi 90XO100 dövlət qeydiyyat nişanlı avtomobili almaq istəyən X1 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdikdən sonra vədinə əməl etməmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X6 məhkəmə iclasında bildirdi ki, vətəndaş X4 xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, tap.az saytında 90XO100 dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün Şəxs kartına 500 manat beh göndərmiş, Şəxs da X2 aldatmışdır. Buna görə də Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, sayta mövcud olmayan avtomobil nömrəsi qoyaraq şəxsi aldatmışdır. Pulu başqa şəxsin kartına atdırmış, ondan əldə etmişdir. Əvvəllər oğurluq əməli törətməsinə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışlar və aralarında razılığa gəlmişlər. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsə vurulmuş ziyan tərəfindən tam olaraq ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, nömrəni almaq üçün beh göndərmiş, rəsmiləşdirmə olacağı gün şəxsin telefonuna zəng çatmamışdır. Məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam olaraq ödənildiyini, şikayət və tələbi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xətaya dair iş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən qəbul edilmiş 02 mart 2024-cü il tarixli qərarla toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar naməlum şəxsin müəyyən edilib barəsində inzibati təsir tədirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə verilmişdir. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 11:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar