Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2781/2023 12.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Məmmədov Ramin Rza oğlunun iştirakı ilə, Sumqayıt şəhər X7 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ 17929319 saylı Qərarından X2 Rza oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 Rza oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə Sumqayıt şəhər X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 17929319 saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məmmədov Ramin Rza oğlu ərizəsini onunla əsaslandırmışdır ki, 08 noyabr 2023cü il tarixində saat 12.50 radələrində Sumqayıt şəhəri Koroğlu prospektində Araz marketin yaxınlığında ona məxsus Changan Eado markalı, 99ZT061 dövlət qeydiyyat nişanlı avtomobilini saxlayaraq saatsaza müraciət etmək üçün həmin ərazidə olan saatsaz mağazasına yaxınlaşmış və mağazanın bağlı olduğunu görüb dərhal geri qayıdaraq avtomobili ilə oradan uzaqlaşmışdır. Bu müddət maksimum 2 və ya 3 dəqiqə olardı. Bir neçə dəqiqədən sonra ona sms gəlmiş və belə bəlli olmuşdur ki, həmin ərazidə olan foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin (radarın) köməyi ilə barəsində İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən - Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - xx.xx.2023 tarixli, EQ 17929319 saylı elektron Qərar çıxarılmış və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. X5 Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılmış və DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən təsdiq edilmişdir. O, avtomobili idarə edərkən maksimum dərəcədə X3 riayət etməyə çalışır və həmin ərazidə, yəni Sumqayıt şəhəri Koroğlu prospektində Araz marketin yaxınlığında onun avtomobili saxladığı yol yaxınlığında Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası və 5.12 yol nişanı mövcud deyil. Ümumiyyətlə həmin ərazidə yol ayrıcı mövcuddur və nə yol ayrıcından əvvəl, nə də sonra heç bir yol nişanı mövcu deyil. O, bu barədə Sumqayıt şəhər DYP-nin bir neçə əməkdaşına (şifahi) müraciət etmiş, onlar da həmin ərazidə 5.12 yol nişanının olmadığını təsdiqləmişlər, lakin qeyd etmişlər ki, yalnız məhkəmə qaydasında həmin Qərar ləğv edilə bilər. Qeyd olunanlara əsasən xx.xx.2023cü il tarixli EQ 17929319 saylı elektron Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Məmmədov Ramin Rza oğlu bildirdi ki, 08 noyabr 2023-cü il tarixində saat 12.50 radələrində Sumqayıt şəhəri Koroğlu prospektində Araz marketin yaxınlığında saatsaz dükanına dəymək üçün 5 dəqiqəlik avtomobili orada saxlamışdır. O, protokolda göstərilən yol nişanı tələbini pozmamışdır. Belə ki, həmin vaxt orada qeyd edilən yol nişanları olmamışdır. Onun müraciətlərindən sonra həmin əraziyə yol nişanlı qoyulmuş və dayanacağın qarşısına xətlər çəkilmişdir. Bu barədə müqayisəli fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Məhkəmədən şikayətin təmin edilməsini və xx.xx.2023-cü il tarixli EQ 17929319 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ 17929319 saylı qərarından görünür ki, Məmmədov Ramin Rza oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 inzibati tənbeh vermə haqqında EQ 12295799, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Məmmədov Ramin Rza oğluna məxsus Changan Eado markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri Koroğlu prospektində Araz marketin yaxınlığında dayanmışdır. Lakin protokolun tərtib edildiyi vaxtda avtomobilin dayandığı ərazidə 1.4 (sarı bütöv xətt) yol nişanı görünsə də 3.27 (dayanmaq qadağandır) yol nişanının olmadığı müşahidə olunur. Digər fotoşəkillərdə isə artıq yol nişanının olması və eyni zamanda dayanacağın qarşısında nizamlayıcı xətlər çəkildiyi görünür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV hissəsinin 10-cu bəndinə əsasən 3.27 (dayanmaq qadağandır) yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 (sarı bütöv xətt) nişanlanma xəttinin təsir zonalarında dayanma qadağandır. Həmin Qanunun 69-cu maddəsinin Vİ hissəsinin 4-cü bəndinə əsasən 1.4 — 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Məmmədov Ramin Rza oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2023cü il tarixli EQ 17929319 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Məmmədov Ramin Rza oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər X7 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ 17929319 saylı qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2781/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2781/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver