Məhkəmə qərarları › İş №3(060)-2784/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2784/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2784/2021 30.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 18.02.2021-ci il tarixli MN ******* saylı qərarından barəsində inzibati qərar çıxarılan şəxs X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 18.02.2021-ci il tarixli MN ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 18.02.2021-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Səbail Rayon Polis İdarəsinin 39-cu PB-nin sahə rəisi X2 tərəfindən tərtib edilən MN ******* saylı protokol əsasında 18.2.2021-ci il tarixdə Səbail Rayon Polis İdarəsi tərəfindən tərtib edilən MN ******* nömrəli ionzibati tənbeh vermə haqqında qərarına əsasən İXM-nin 211.2-ci maddəsiə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, barəsində protokol tərtib olunarkən İXM-nin 211.2-ci maddəsində göstərilən tələbləri pozmamışdır. Yəni barəsindəprotokol tərtib edilə zaman o pandemiya şərtlərinə tam əməl etmiş, tibbi maskada olmuşdur. Lakin buna baxmayaraq polis əməkdaşı ona sadəcə şəxsiyyət vəsiqəsinə baxıb qaytaracağını desə də, barəsində qanunsuz protokol tərtib etmişdir. Barəsində protokol tərtib edilərkən protokolun özündə bir qayda kimi göstərilmiş “inzibati xəta aşkar edilərkən xüsusi texniki vasitədən” istifadə edilib edilməməyi ilə bağlı heç bir məlumat yoxdur. Barəsində tərtib edilən qərarı rəsmi surətdə 17.07.2021-ci il tarixdə aldığından şikayət vermək müddətini ötürməmişdir. Ona görə də, barəsində tərtib edilmiş MN ******* saylı qərarın ləğv edilməsi və əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında qərar vermiş şəxs gəlməmiş, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X3 şikayətdə göstərdiyi xüsusatları təsdiq edərək onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 18.02.2021-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, X1 əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, istər inzibati xəta haqqında qərarda, istərsə də protokolda nəyin müəyyən olunduğu, harada, necə və hansı xətanın törədildiyi barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X3 barəsində Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 18.02.2021-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 barəsində Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 18.02.2021-ci il tarixli MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar