Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2784/2022 22.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Qərardan şikayət vermiş şəxs X7 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X7 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli qərardan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X7 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" Qərar əsasında X2 xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinirərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin protokola əsasən müəyyən edilmişdir ki, işəgötürən X11 tərəfindən X6 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi . haqqında" Qərar əsassız və qanunsuzdur: İlk öncə Abşeron Xızı regional şöbəsi mübahisələndirilən qərarı qəbul edərkən bir sıra maddi və prosessual normaların pozuntusuna yol vermişdir. Belə ki, X2 Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə ittiham edilir. Lakin işəgötürənin bu maddənin tələblərini pozacaq hər hansı hərəkəti və ya hərəkətsizliyi olmamışdır. İşəgötürən həmin maddə ilə inzibati məsuliyyətə o zaman cəlb edilə bilər ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilsin. Bu tələblər isə daha çox müqaviləyə xitam verilmə haqqında əmrin qanunauyğun şəkildə tərtib olunması, son haqq-hesablaşmaların düzgün aparılması, əmək müqaviləsi xitam verildikdə işçiyə əmək kitabçasının verilməsi və s. kimi məsələlər ilə bağlıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də, tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Şikayətə əlavə olunmuş "əmək müqaviləsinin ləğv edilməsi barədə" 196K nömrəli, xx.xx.2022-ci il tarixli əmrdən, xx.xx.2022-ci il tarixli aktdan, 985428 və 985429 saylı poçt qəbzlərindən, "xxxx" ASC-nin "əmək haqqı üzrə çıxarışından" da göründüyü kimi, X11 işəgötürən kimi bu tələblərin hər hansı birini pozmamışdır. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunverciliyə uyğun olaraq tərtib edilmiş, məcəllənin tələblərinə uyğun olaraq həmin əmrin surəti və əmək kitabçası işçiyə təqdim edilmiş, işçi ilə son haqq-hesablaşma aparılmışdır. İşəgötürən əmək müqaviləsinə xitam verildiyi zaman yalnız qeyd edilən qaydaların pozulmasına görə X12 Xidməti tərəfindən məsuliyyətə cəlb oluna bilər, işin hüquqi mahiyyəti ilə bağlı məsələlərə qiymət verilməsi isə X8 deyil, məhkəmənin səlahiyyəti çərçivəsindədir. Bu mübahisə fərdi əmək mübahisəsi olduğuna görə X12 Xidmətinin həmin mübahisəyə baxması və inzibati məsuliyyətə cəlb etmə ilə bağlı tədbirlər görməsi qanunvericiliyə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinin a) bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu məcəllə ilə nizama salınır. 292.2-ci maddəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-ci maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 294.2-ci maddəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Sadalanan normaların tələblərindən də aydın olduğu kimi əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi fərdi əmək mübahisəsi hesab olunur. Həmin məsələyə hüquqi qiymət verilməsi isə birbaşa məhkəmənin müstəsna səlahiyyəti çərçivəsindədir. Sadəcə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda həmkarlar ittifaqı nəzdində əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər ki, belə bir orqan da "xxxx" MMC-də mövcud deyildir. X12 Xidmətinin isə belə fərdi əmək mübahisələrinin mahiyyətini araşdırmağa və fərdi əmək mübahisəsində kimin haqqlı olduğunu "müəyyən etdikdə" isə işəgötürəni inzibati məsuliyyətə cəlb etmə kimi bir səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti haqqında Əsasnaməsinin 3.1.10-cu bəndinə əsasən Xidmətin öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq səlahiyyəti vardır. Göründüyü kimi X12 Xidmətinin fərdi əmək mübahisəsinə baxmaq kimi bir səlahiyyəti olmamış, İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə isə yalnız işin hüquqi mahiyyəti ilə bağlı olmayan qaydaların pozulması halında işəgötürəni məsuliyyətə cəlb edə bilər. Eyni zamanda X9 iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, bunun nəticəsində X5 iddiaçı qismində, "xxxx" MMC-nin isə cavabdeh qismində iştirak etdiyi əmək mübahisəsi ilə bağlı məhkəmə işi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Günay Abidovanın icraatına qəbul olunmuş və həmin məhkəmənin müvafiq qərardadı ilə xx.xx.2022-ci il tarixinə məhkəmə hazırlıq iclası təyin olunmuşdur. Biz bununla bağlı X12 Xidmətinin Abşeron Xızı regional şöbəsinə müraciət edərək hazırki inzibati xəta üzrə icraat ilə sözügedən məhkəmə işinin bir-biri ilə əlaqəli olduğunu və məhkəmənin çıxaracağı yekun qərarın inzibati xəta haqqında icraatın nəticəsinə birbaşa təsir edəcəyini bildirərək həmin icraat üzrə işin məhkəmə tərəfindən müvafiq qərar qəbul edilənədək dayandırılmasını xahiş etmişlər. Lakin həmin orqan işin dayandırılması barədə ərizələrini rədd etmişdir. Əgər X12 Xidməti özünü işçi və işəgötürən arasında olan fərdi əmək mübahisəsinə baxmaq səlahiyyətində görürdüsə, inzibati icraat üzrə işi məhkəmənin mavafiq qərarı çıxana qədər dayandırılmalı idi. Çünki hər iki fərdi əmək mübahisəsinin də predmeti və tərəfləri eynidir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron Xızı regional şöbəsinin əmək müfəttişi protokolu və bu protokol üzrə qərarı tərtib edərkən məsələyə səthi və ötəri yanaşmışdır. Belə ki, protokolda X7 Əmək qanunvericiliyinin 76-cı maddəsinin tələblərini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunduğu qeyd edilmişdir. Lakin 76-cı maddənin hansı bəndinin və ya tələbinin pozulması ilə bağlı məlumat əks etdirilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İlk öncə Əmək Məcəlləsinin 76-cı maddəsində hansı tələblərin olduğuna nəzər yetirək. Həmin maddənin tələbləri aşağıdakılar ibarətdir: ilk öncə müəyyən edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Bu tələbə işəgötürən əməl etmişdir. Belə ki, X6 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verilmişdir. Həmin maddə eyni zamanda əmək müqaviləsinə iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla əmək müqaviləsinin xitamını qadağan edir. Hazırki iş üzrə də X11 bu tələblərin pozuntusuna da yol verməmişdir. Habelə həmin maddə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilməsini də işəgötürənə qadağan edir. Bu tələb isə onu ehtiva edir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün əsas vardırsa, işəgötürən əmək müqaviləsinə 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etməli, habelə bu Məcəllənin 79-cu maddəsində nəzərdə tutulmuş hallara diqqət yetirilməlidir. İşəgötürən bu tələbə də qanunauyğun şəkildə əməl etmiş, Əmək qanunvericiliyinin qeyd edilən maddələrini nəzərə alaraq əmək müqaviləsinə xitam vermişdir. Yuxarıda sadalanan bütün hallardan sonra böyük bir sual yaranır - İşəgötürən olaraq X3 Məcəlləsinin 76-cı maddəsində göstərilən hansı tələbi pozmuşdur? Qeyd olunanlara əsasən hesab edirik ki, X2 Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli deyildir. Buna görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" Qərarın ləğv edilməsi və X11 barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 bildirdi ki, işəgötürən X11 tərəfindən X5 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və buna görə də, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" Qərar əsasında X2 xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinirərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 da Nümayəndə1 izahatına oxşar izahat vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərardan müəyyən olunur ki, X2 Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron Xızı regional şöbəsinə ünvanladığı 366/22 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X9 iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət elmiş, məhkəmənin hakimi Günay xanım Abidova e-2(006)-4953/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadla iddianın Məhkəmədə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə həmin tarixdə Qərardad qəbul edərək X5 iddiaçı qismində, "xxxx" MMC-nin isə cavabdeh qismində iştirak etdiyi əmək mübahisəsi ilə bağlı xx.xx.2022-ci il tarixinə hazırlıq iclası təyin elmişdir. Hazırki inzibati xəta üzrə icraat ilə həmin məhkəmə işi bir-biri ilə əlaqəlidir və məhkəmənin Çıxaracağı yekun məhkəmə aktı inzibati xəta haqqında icraatın nəticəsinə birbaşa təsir edəcəkdir. Bu səbəbdən hesab edirik ki. inzibati icraat üzrə işin məhkəmə tərəfindən müvafiq qərar qəbul edilənədək dayandırılması məqsədəuyğundur. Yuxarıda qeyd olunanlara əsasən X12 Xidmətinin Abşeron Xızı Regional Şöbəsinin icraatında olan xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokolla bağlı inzibati xəta haqqında işin icraatının Nəsimi rayon Məhkəməsinin icraatında olan e-2(006)-4953/2022 saylı xx.xx.2022- il tarixli iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-4953/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadından görünür ki, iddiaçı X5 cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və işin məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixində, saat 14:30-a təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC-nin X4 İnzibati işlər şöbəsinin rəisi vəzifəsində işləyən X9 barəsində verilmiş 196 K saylı xx.xx.2022-ci il tarixli əmrin surəti və əmək kitabçası xx.xx.2022-ci il tarixdə Ramil Məmmədova təqdim edildi, lakin o, əsassız olaraq əmrlə tanış olmaqdan və əmrin surəti ilə əmək kitabçasının əslini təhvil almaqdan imtina etdi və müfaviq sənədlərin poçt ilə göndərilməsini bildirdi. Bu səbəbdən həmin sənədlər Ramil Məmmədovun qeydiyyatda olduğu ünvan 2i ünvanına, həmçinin yaşayış yeri kimi məlum olan ünvan 3 ünvanına poçt vasitəsilə göndərilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin "əmək haqqı üzrə çıxarışından" görünür ki, işəgötürən tərəfindən X1 haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ödənilmişdir. İş materiallarında olan 196K nömrəli, xx.xx.2022-ci il tarixli "əmək müqaviləsinin ləğv edilməsi barədə" əmrdən görünür ki, xx.xx.2022-ci il tarixdən etibarən "xxxx" MMCnin X4 İnzibati işlər şöbəsinin rəisi vəzifəsində işləyən X9 ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş və X9 tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qərardan şikayət vermiş şəxs X7, protokolu tərtib edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndələri izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, "xxxx" MMC tərəfindən X5 barəsində olan əmək müqaviləsinə xitam verilərkən onun hüquqları pozulmamış, yəni X1 haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ödənilərək qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Eyni zamanda "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron Xızı regional şöbəsinə ünvanladığı 366/22 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda X12 Xidmətinin Abşeron Xızı Regional Şöbəsinin icraatında olan xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokolla bağlı inzibati xəta haqqında işin icraatının Nəsimi rayon Məhkəməsinin icraatında olan iddiaçı X5 cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair e-2(006)-4953/2022 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək dayandırılması xahiş edilsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron Xızı regional şöbəsi bunu nəzərə almayaraq X2 Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən X7 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxs X7 əməlində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X7 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2784/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2784/2022
22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver