Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2786/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X1, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 09 avqust 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 09 avqust 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X2 şikayətini onunla əsaslandırdı ki, 09.08.2021-ci il tarixdə saat 21:15 radələrində onun işlədiyi Sumqayıt şəhər, 4-cü məhəllə, ev 16/19-da «CERAGEM» kabinetinə Sumqayıt şəhər Pİ-nin 4-cü Polis Bölməsinin 1 nəfər əməkdaşı daxil olmuş və həmin vaxt onun yanına gələn 2 nəfər şəxs, bu kabinetdə 1 nəfər vətəndaşla müalicəvi xidmət göstərən şəxsi və onu bölməyə aparmış və orada onun və digərlərinin barəsində Protokol tərtib olunmuşdur. Hazırki qərarı aldıqda isə ona məlum olmuşdur ki, AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs kimi 4000 (dörd min) manat məbləğində cərimə edilib. Həmin qərarı qanunsuz hesab edir. Həmin vaxt bu kabinetdə olan şəxslər tərəfindən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması hallarına yol verilməmişdir, belə ki, həmin kabnetdə olan vaxt saat təxminən 21-15 radələri olmuş və bu saat da karantin rejiminin müəyyən olunduğu vaxta təsadüf etmir. Bundan başqa, o, bu sahədə fiziki şəxs kimi vergi ödəyicisidir, fiziki şəxs kimi vergi ödəyicisi olmaq vəzifəli şəxs olmaq demək deyildir, lakin buna baxmayaraq o, həmin qərarla vəzifəli şəxs kimi 4000 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda qərarı yazan təşkilat bu pozuntunun nədən ibarət olmasını əsaslandıra bilməmiş və hansı səbəbdən onu vəzifəli şəxs kimi qəbul edərək 4000 manat məbləğində cərimələməsi də qanuna ziddir. Buna görə də həmin qərar ləğv edilməlidir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında 09 avqust 2021-ci il tarixli, MN № ******* saylı protokol əsasında tərtib olunmuş 09.08.2021-ci il tarixli MN № ******* saylı qərardan görünür ki, X2 09.08.2021-ci il tarixdə saat 21:15 radələrində masaj xidmətləri göstərilən obyekti işlətmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib, həmin qərarla 4000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il Qərarından görünür ki, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli 450 nömrəli Qərarına 1 nömrəli əlavənin 1.1.14-cü maddəsinə əsasən 2021-ci il 1 noyabr saat 06:00dək Azərbaycan Respublikasının ərazisində (bu Qərarın 1.2 və 1.3-cü bəndləri nəzərə alınmaqla) tətbiq edilən xüsusi karantin rejimi dövründə masaj və hamam xidmətlərinin göstərilməsi dayandırılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 09.08.2021-ci il tarixdə epidemiya əleyhinə rejimin pozulması hallarına yol vermişdir, bununla əlaqədar onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən 09 avqust 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Həmin qərarın ləğv olunması üçün heç bir əsaslar müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 4cü Polis Bölməsi tərəfindən 09 avqust 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh haqqında qərardan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2786/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2786/2021
23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver