Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2787/2022 11.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər DYP Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:20 radələrində Sumqayıt-Novxanı yolu istiqamətində hərəkətdə olan zaman müxtəlif bədən xəsarətləri ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, məhkəmədə bu natamamlıq aradan qaldırıla bilməz. Ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər DYP Şöbəsinə geri qaytarılmalıdır. Belə iş materiallarından görünür ki, Şəxs şikayət ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərovun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 01 avqust 2022-ci il tarixli qərarının qanunsuz hesab edilib ləğv edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 6(060)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə vətəndaş Şəxs şikayət ərizəsinin icraata qəbulundan imtina edilmiş, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 6(060)-85/2022 saylı qərarından və bununla bağlı Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından Apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(105)-47/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 6(060)-85/2022 saylı qərarı, həmçinin Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, baş vermiş YNH-nə dair materiallar yenidən araşdırılması üçün Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nə qaytarılmış, Şəxs apellyasiya şikayəti təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Göstərilən natamamlıq məhkəmə iclasında müəyyən edildiyindən məhkəmə hesab edir ki, bu mərhələdə materiallar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və onlara əlavə olunmuş sənədlər Sumqayıt şəhər DYP Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №3(060)-2787/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2787/2022
11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver