Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2789/2021 04.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 19 avqust 2021-ci il tarixli, 00700-0163/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən AZ 5000 Sumqayıt, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən 19 avqust 2021-ci il tarixli, 00700-0163/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Gömrük Əməliyyatları İdarəsi Gömrük Prosedurları və Ödənişləri şöbəsindən 26.07.2021-ci il tarixli 34/012/002130 saylı raport daxil olmuşdur. Raportda AZ 5000 Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN **********)-nin ünvanına Türkiyə Respublikasında qeydiyyatda olan “X9 İhracat Senayi ve Ticaret Limited” şirkətindən 02.06.2021-ci il tarixli, 02 nömrəliinvoys əsasında 90OE586/99ZC245 nömrə nişanlınəqliyyat vasitəsi ilə **********2033 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmiş “Saflaşdırılmış misdən naqillər” yükünün daxil olduğu, "xxxx" MMC tərəfindən 08.06.2021-ci il tarixdə SBGİ-nə təqdim olunan **********2033 sorğu nömrəli gömrük bəyannaməsinə əlavə olaraq təqdim olunmuş sənədlərlə Türkiyə Respublikasının Ticarət Nazirliyindən göndərilmiş sənədlər arasında uyğunsuzluqların aşkar edildiyi, "xxxx" MMC-nin Türkiyənin ixrac bəyannaməsində malın emaldan qayıtdığını əks etdirən 3 (üç) kodu göstərdiyi halda Türkiyə Respublikasının Ticarət Nazirliyindən göndərilmiş sənədlərdə malın ixrac olunduğunu əks etdirən 1 (bir) kodunun göstərildiyi qeyd edilmişdir. Həmçinin raportda "xxxx" MMC tərəfindən xaricdə emaldan sonra ölkə ərazisinə idxal edilmiş “Saflaşdırılmış misdən naqillər” yükünün statistik dəyərinin 17400 ABŞ dolları göstərildiyi, Türkiyə Respublikasının Ticarət Nazirliyindən göndərilmiş sənədlərdə qeyd olunan malın statistik dəyərinin 35590,09 ABŞ dolları olduğu qeyd olunmuşdur. Daxil olmuş raportda malların statistik dəyəri və gömrük proseduru barədə düzgün olmayan məlumatların göstərilməsinin gömrük dəyərinə və ödənilmiş gömrük ödənişlərinə təsir edib-etməməsini araşdırmaq məqsədi ilə Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və X6 bölməsində araşdırma başlanılmışdır. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 izahatında bildirdi ki, **********2033 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş “Saflaşdırılmış misdən naqillər” yükünə görə ödənilməli olan gömrük ödənişləri hökümət ödəniş portalı vasitə ilə ödənilmişdir. Odur ki, "xxxx" MMC-nin əvvəllər Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmədiyini nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 bildirdi ki, **********2033 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş “Saflaşdırılmış misdən naqillər” yükünə görə ödənilməli olan gömrük ödənişləri hökümət ödəniş portalı vasitə ilə ödənilmişdir. Bununla bağlı ödəniş qəbzlərini də Məhkəməyə təqdim edir. Odur ki, iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyərək hesab edir ki, CORPORATİON VVİDE PROFİLE OF AZ METAL” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən **********2033 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş “Saflaşdırılmış misdən naqillər” yükünə görə ödənilməli olan gömrük ödənişləri ödənilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 29.07.2020-28.09.2021-ci il dövrü ərzində "xxxx" MMC tərəfindən törədilmiş inzibati xəta və cinayət xarakterli faktlar haqqında arayışdan görünür ki, "xxxx" MMC əvvəllər Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin 1-ci və 2-ci qeydinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş AZ 5000 Sumqayıt, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2789/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2789/2021
04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver