Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2789/2023 11.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1971-ci ildə Ermənistanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayn Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən xx.xx.2023-cü il tarixində MN ******* nömrəli protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2448/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati iş üzrə bilə-bilə yalan ifadə vermişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərtib etdiyi protokola uyğun izahat verərək qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsində X2 İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında materiala dair iş üzrə səhvən yalan izahat vermişdir. Belə ki, Ramili əvvəllər tanımamış, Ramillə polis əməkdaşları arasında baş vermiş münaqişə zamanı o, kənarda dayanıb onlara baxmışdır. Məhkəmə iclası vaxtı müdafiəçi ona suallar verərək çaşdırmış, bu səbəbdən yanılaraq Ramil adlı şəxsin polislərlə qışqıraraq onları təhqir etdiyini, onların qanuni tələblərinə tabe olmadığını, o cümlədən sonuncunun polis əməkdaşlarının yaxasından tutaraq dartdığnı bildirmişdir. Qeyd edir ki, həmin məhkəmə iclasında verdiyi izahat yalandır, halbuki hadisələr göstərdiyi kimi cərəyan etməmiş, yəni Ramil adlı şəxs Polisin qanuni tələbinə tabe olmuşdur. Belə ki, sürücü Yol Patrul xidməti inspektorlarının hadisə yerinə dəvət etdikləri Post Patrul Xidməti avtomobilinə əyləşmiş və polis əməkdaşları ilə hadisə yerindən uzaqlaşmışlar. Əməlindən çox peşmandır, təqsirini etiraf edir. Bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Evlidir, üç övladı olduğunu bildirir. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından və qərara əlavə edilmiş həmin məhkəmə iclas protokolundan görünür ki, Şəxs Ramin Məmmədovun İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında materiala baxan zaman şahid qismində izahatı alınmış, ondan məhkəmədə baxılan ittihamla əlaqədar ifadə verərkən, ona məlum olan bütün halları düzgün danışmağın vəzifəsi olması barədə iltizam alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, Şəxs həmin tarixli məhkəmə iclasında verdiyi izahatında “Sürücü polislərə qışqıraraq onları təhqir edirdi, polisin qanuni tələbinə tabe olmurdu. Bəli sürücünün inspektorun sinəsindən tutub dartdığını gördüm” məzmununda izahat vermişdir. İş materiallarına əlavə edilmiş məhkəmənin qeyd olunan qərarından görünür ki, X4 barəsində AR İXM-nin 535.1-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta təkibi olmadığına görə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, səhv etdiyini bir daha belə əməllərə yol verməyəcəyini bildirmişdir. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Kərim Kərimov və xx.xx.2015-ci il təvəllüdlü Cavid Kərimov adlı övladları var. AR İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 530-cu maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. AR İXM-nin 530-cu maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə və ya ekspertin bilə-bilə yalan rəy verməsinə, yaxud tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların qərarlarının icrası üzrə icraat zamanı biləbilə yanlış tərcüməsinə görə-iki yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə olunur. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə İnzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar. Həmin Məcəllənin 67.2-ci maddəsinə görə Şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur. AR İXM-nin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. AR İXM-nin 128.1-ci maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs peşman olmasını, himayəsində iki övladının olmasının onun əməlini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə işin hallarını, protokol tərtib etmiş şəxsin izahatını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahatını dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 530-cu maddəsi ilə tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2789/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2789/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver