Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2789/2024 24.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Həsənov Fuad Hüsü oğlunun iştirakı ilə Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan X6 Hüsü oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X6 Hüsü oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İ Tağım YPX inspektoru polis baş serjantı X2 xx.xx.2024 -cü il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarını ləğv edib, AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həsənov Fuad Hüsü oğlu ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İ Tağım YPX inspektoru polis baş serjantı X2 xx.xx.2024 -cü il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarı ilə Həsənov Fuad Hüsü oğlunun AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Qərardan narazıydır, aşağıda sadalananlara əsasən qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, hadisə baş verən məkan Bakıdan Ceyranbatan ərazisinə çatan Bakı Quba yolunun 23-cü kmliyi olan ərazidir. Yolun sxemini və hadisə zamanı çəkilən şəkilləri təqdim edərək onun təqsiri olmadığını sübut edə bilər. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi qaydasını pozmamışdır. Belə ki, həmin maşın qəfildən qarşısına çıxmışdır. Bu videogörüntülərdə də aydın görünür. Bu hadisə baş verən zaman onun avtomobilinə 3000-4000 AZN dəyərində zərər dəymişdir. Ona görə də qərarı ədalətsiz hesab edir. Hesab edir ki, həmin qanunsuz qərar ləğv edilə bilər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası İ Tağım YPX inspektoru polis baş serjantı X2 xx.xx.2024-cü il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarını ləğv edib, Həsənov Fuad Hüsü oğlunun AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Həsənov Fuad Hüsü oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, Bakı şəhərindən Ceyranbatan istiqamətində hərəkət edən zaman dayancaqda olan 9 nömrəli avtobus anidən onun yoluna çıxmış, yayındıra bilməmiş, toqquşma baş vermiş, avtobusu arxa tərəfdən küncdən vurmuşdur. O, yolun orta xətti ilə hərəkət edirdi, avtobus onun yoluna çıxmışdır. Hadisənin baş verdiyi yerdə kamera müşahidəsi var, həmin videgörüntülərin çıxarılmasını və aydınlaşdırılmasını xahiş edir. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara əsasən Həsənov Fuad Hüsü oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.1-ci maddəsinə əsasən “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir.” Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş X7 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da, Baş X7 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Həsənov Fuad Hüsü oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Həsənov Fuad Hüsü oğlunun şikayəti qismən təmin edilsin. Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-2789/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2789/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver