Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2790/2021 07.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 iştirakları ilə, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib olunmuş 26.06.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib olunmuş 26.06.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 şikayəti onunla əsaslandırdı ki, sürücü olaraq fəaliyyət göstərir. 26.06.2021-ci il tarixdə saat 12:54-də Sülh prospekti ilə H.Əliyev kəsişməsində “Dong Feng A30” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə gedən zaman DYP YPX əməkdaşları onu saxlamış və ona svetoforun qadağanedici işarəsi verilərkən hərəkət etdiyi bildirmişlər. Onu əsassız olaraq saxladığı üçün videogörüntüləri tələb etdikdə, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. 07.03.2021-ci il tarixdə DİN DYP-dən ona inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar göndərilmişdir. Həmin qərarı bir neçə dəfə müraciət etdikdən sonra həmin qərarı 03.07.2021-ci il tarixdə əldə etmiş, daha sonra 13.07.2021-ci il tarixdə şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş, lakin Sumqayıt şəhər Məhkəməsinin 17.07.2021-ci il tarixli, 3(060)-2392/2021 saylı qərardadı ilə ərizəsi və ona əlavə olunmuş sənədlər apellyasiya şikayət vermə müddəti buraxıldığından və bu müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı ərizə verilmədiyindən ona geri qaytarılmışdır. Lakin Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib olunmuş 26.06.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar 26.06.2021-ci il tarixdə tərtib edilsə də, ona rəsmi qaydada 03.07.2021-ci il tarixdə verilmiş və onun tərəfindən 13.07.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə müraciət edilmişdir. Bütün bunları nəzərə alaraq Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib olunmuş 26.06.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək barəsində tətbiq edilmiş 60 manat cərimə tənbehinin silinməsinə dair qərar verilməsini məhkəmədən xahş etmişdir. Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin olunmalı, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib olunmuş 26.06.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib olunmuş 26.06.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar İXM-nin 134.1.3-cü və 53.0.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2790/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2790/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver