Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2793/2023 27.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş protokolun digər maddə ilə əvəz edilməsinə dair şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində xx.xx.2023-cü il tarixli, EQ 17578808 nömrəli protokolun Yol hərəkəti qaydaları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. İş materiallarından görünür ki, X3 şikayət ərizəsində mübahisələndirdiyi inzibati xətanın baş vermə yeri kimi Sabunçu rayonu, Fatmayi qəsəbəsi (Dənizkənarı yol) Novxanı istiqaməti olduğunu qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qanunvericiliyin tələbinə əsasən şəxs barəsində inzibati tənbeh haqqında qəbul edilmiş qərardan inzibati xətanın baş verdiyi ərazi üzrə rayon (şəhər) məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməli, yalnız həmin məhkəmə tərəfindən şəxsin vəsatəti təmin olunduğu halda şikayət ərizəsi aidiyyatı üzrə baxılması üçün şikayət verən şəxsin yaşadığı yer üzrə rayon (şəhər) məhkəməsinə göndərilə bilər. Odur ki, qeyd olunanlara əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa şikayət verən şəxs şikayət ərizəsinin “xahiş edirəm” hissəsində barəsində inzibati xəta törətməsi barədə tərtib edilmiş protokolda qeyd olunan maddənin başqa maddə ilə əvəz edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, qanunvericilikdə protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şikayət verən şəxs yalnız barəsində inzibati tənbeh tətbiq edilən qərarı mübahisələndirə bilər. Məhkəmə tərəfindən şəxsin əməlində digər inzibati xəta tərkibi olduğu qənaətinə gəlinərsə bu zaman həmin materiallar şəxs barəsində inzibati tənbeh tədbiri görülməsindən ötrü aidiyyatı üzrə müvafiq orqana göndərilir. Bundan başqa Azərbaycan Respublikası İXP-nin 126.1-ci maddəsində qeyd olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən və ona əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin X1 qanunla müəyyən olunmuş 20 gün müddəti ötürməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir və iş materiallarına müddətin ötürülməməsi ilə bağlı sübut və ya şikayət verilmə müddətinin üzürlü səbəbdən ötürülməsi ilə əlaqədar vəsatət əlavə etməmişdir. Bununla da Azərbaycan Respublikası İXP-nin 130.1-ci maddəsində qeyd olunan müddəti ötürdüyündən şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXP-nin 130.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akif Həsənov Azərbaycana qarşı - 7268/10 saylı, 19.9.2019-cu il tarixli Qərarında göstərdiyi mövqe görə, ərizəçini hətta yerli inzibati və məhkəmə orqanları tərəfindən aparılan araşdırılmaya çağırılmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir. Uzun müddət ərzində hər hansı araşdırmanın və ya sorğunun olmaması ərizəçini müvafiq nəticəyə gəlməyə və ərizəni Məhkəmə göndərməyə vadar etməli idi. Ərizəçi onun fəaliyyətsizliyinə və ya birbaşa Məhkəməyə müraciət etməyinin gecikməsinə bəraət qazandıran hər hansı məlumat təqdim etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddəsinə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17578808 nömrəli protokolun digər maddə ilə əvəz edilməsinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-2793/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2793/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver