Məhkəmə qərarları › İş №3(060)-2794/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2794/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2794/2021 28.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs X3 oğlunun iştirakı ilə, Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 20.06.2021-ci il tarixli TP ******* saylı Qərarından X2 Əfqan oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 Əfqan oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş 20.06.2021-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi və şikayətinin təmin olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X3 oğlu izahatında bildirdi ki, barəsində qəbul edilmiiş inzibati tənbeh vermə qərar qanunsuz və əsassızdır. Belə ki, 20.06.2021-ci il tarixində ** MG *** dövlət nömrə nişanlı avtomaşını ilə Abşeron rayonu, Novxanı qəsəbəsi, Sahil küçəsində hərəkət edərkən orada dayanmış YPX əməkdaşı tərəfindən saxlanılıb İXM-nin 327.2-ci maddəsi ilə barəsində tətbiq edilmiş İXP ******* saylı protokol üzrə 60 manat məbləğində cərimə edilmişdir. YPX əməkdaşına çıxardığı qərar ilə razılaşmadığını və dairəvi yol kəsişməsində “yol ver” nişanının tələbini pozmadığını, dairədə olan avtomobillərin hərəkəti bitdikdən sonra dairəvi hərəkət zolağına daxil olduğunu bildirmişdir. Qərarsız protokol yazıb ona ünvanlamasını YPX əməkdaşından xahiş etsə də, barəsində qərarlı şəkildə protokol tərtib edilmişdir. Asan pay elektron ünvanında qərarlı protokolla tanış olmuş və oradan rəsmi qaydada Baş X6 İdarəsinə məktub ilə müraciət etmişdir. Lakin hazırki tarixə kimi onun şikayətinə münasibət bildirilməmişdir. Həmçinin şikayəti dövründə avtomobilinin texniki baxış talonunun vaxtı bitmişdir. Cəriməsi olan avtomobilin texniki baxışdan keçirilmədiyini nəzərə alıb qısa zamnada yeni qərar çıxarmaqları üçün ikinci məktubunu ünvanlasa da məsələ yenə də həllini tapmamışdır. Uzun zaman avtomobilsiz qaldıqdan sonra cəriməni ödəyib texniki baxış talonunu yeniləmişdir. Qeyd olunanları nəzərə alaraq şikayətinin təmin edilməsini, 20.06.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddsəinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İş materiallarında olan X3 oğluna təqdim edilmiş 20.06.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə obyekiv araşdırma aparmaq məqsədi ilə 30 avqust 2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X5 sorğu göndərərək 20.06.2021-ci il tarixli TP ******* saylı qərar üzrə inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə ilə çəkilmiş foto və video materialları Sumqayıt şəhər Məhkəməsinə təqdim etməyi xahiş etmişdir. Həmin sorğuya 28.09.2021-ci il tarixli cavab məktubundan görünür ki, inzibati protokolun tərtib edilmə müddətindən 1 (bir) aydan çox vaxt keçdiyindən, bununla da qayda pozuntusunu əks etdirən video görüntü və s. dəlil və sübutların saxlanılma müddəti bitdiyindən materialların Məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək Məhkəmə hesab edir ki, X3 oğlunun şikayəti təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş 20.06.2021-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 20.06.2021-ci il tarixli TP ******* saylı Qərar ləğv edilsin və inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar