Məhkəmə qərarları › İş №3(060)-2794/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2794/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2794/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ 17337900 saylı protokoldan X3 tərəfindən verilmiş şikayət baxaraq, məhkəmə müəyyən etdi: X3 Azərbaycan Respublikası Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023cü il tarixli, EQ 17337900 saylı protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 328.1. maddəsi ilə əvəz edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 idarə etdiyi **-XX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü ildə Bakı-Quba yolunun 26 km-də (Sumqayıt ist.) 60 km/saat müəyyənləşdirilmiş yolda 71 km/saatla radara düşmüşdür. Bu zaman yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağına görə İXM-in 328.1-ci maddəsi ilə 10 manat cərimə edilməli olduğu halda SMS radar xidməti vasitəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə 100 manat məbləğində cərimə edildiyini öyrənmişdir. Nəqliyyat vasitəsi onun həyat yoldaşı X2 adınadır. X1 vəsiqəsi yoxdur. Nəqliyyat vasitəsi nikah bağladıqları vaxtdan sonra alınıb. Alqı-satqı olunan tarixdən avtomobili özü idarə edir. X3 məhkəməyə ərizə ünvanlayaraq şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılması xahiş edilmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, Azərbaycan Respublikası Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ 17337900 saylı protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə əvəz edilməsinə dair X3 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. İXM-in 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və İXM-nin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ 17337900 saylı protokoldan X3 tərəfindən verilmiş şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar