Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2795/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işrirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Əzizov Gülmalı oğlu tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8008/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs 15030 (on beş min otuz) manat məbləğində pulu üzürsüz səbəbdən ödəməkdən yayınmışdır. Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8008/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 15000 (on beş min) manat pul və iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumunun 15 manatı cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunaraq izahatı alınmış və bildiriş təqdim olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidmətinin EMF sistemində borclunun əmlka vəziyyəti yoxlanılmış və 325 (üç yüz iyirmi beş) manat əmək aldığı aşkar olunmuşdur. Lakin tələbkar etiraz etdiyinə görə tələb borclunun əmək haqqına yönəldilməmişdir. Borcluya dəfələrlə borcu ödəməsi barədə xəbərdarlıq edilməsinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmasına baxmayaraq borcu ödəməmiş və çağırışlara məhəl qoymayaraq gəlməmişdir. Ona görə də, onun barəsində axtarış elan edilmiş, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8008/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 15000 (on beş min) manat pul və iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumunun 15 manatı ondan tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Zərərçəkmiş şəxs tanımadığını və borcu ondan deyil onun anasından aldığını bildirdi. Borc təkcə onun deyil, belə ki iddiaçının anası ona inandığı üçün onun iş yoldaşına da borc vermişdir. Borc götürdükdə qızıllarını girov qoymuş, borcu ödəyə bilmədikdə isə qızılları sataraq 8000 (səkkiz min) manat ödəmişdir. Cəmi 7000 (yeddi min) manat borcu olduğunu bildirdi. Onkoloji xəstə olduğunu və səhhəti ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verə bilməmişdir. Əmək haqqı aldığını və tələbin onun əmək haqqına yönəldilməsini bildirdi. Ha-hazırda maddi imkanının zəif olduğunu, yoldaşı ilə aralarında olan nikahlarının pozulduğunu, himayəsində 02 azyaşlı və 01 yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu və bu gün Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına 500 (beş yüz) manat ödədiyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8008/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 15000 (on beş min) manat pul və iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumunun 15 manatı cavabdeh Şəxs tutularaq ona verilməsi qət edilmişdir. Borclu tərəfindən borc məbləğindən heç bir ödəniş ediməmişdir. Tələbin borclunun əmək haqqına yönəldilməsini istəmədiyini və borcun bütün ödənilməsini tələb edərək borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş maretiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli qəbzinin surətindən görünür ki, borclu Şəxs tərəfindən xx.xx.2022-ci tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına 500 (beş yüz) manat ödənilmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarların və Protokolu tərtib edən şəxsin izahatlarını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8008/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs 15030 (on beş min otuz) manat məbləğində pulu üzürsüz səbəbdən ödəməkdən yayınmışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati cərimə cəzası tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2795/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2795/2022
28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver