Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2796/2021 06.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi, Şikayət vermiş şəxs Atayev Sadiq Allahverdi oğlunun iştirakı ilə, X4 Allahverdi oğlunun Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 18.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X4 Allahverdi oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 18.08.2021-ci il tarixli, MN ******* saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Atayev Sadiq Allahverdi oğlu izahatında bildirdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi, polis leytenantı X1 tərəfindən 18 avqust 2021-ci ildə barəsində AR İXM-nin 211.2-ci maddəsinə əsasən MN ******* saylı protokol tərtib edilmişdir. Həmin protokol əsasında 18.08.2021-ci il tarixli MN ******* saylı qərar qəbul edilmiş, AR İXM-nin 211.2-ci maddəsi ilə 100 (bir yüz) manat cərimə edilmişdir. Barəsində tərtib olunmuş MN ******* saylı qərarla razılaşmır. Belə ki 18 avqust 2021-ci ildə o, supermarketdə olarkən tibbi maska onun çənə nahiyyəsində olmuşdur. 2-ci qrup ağciyər xəstəsidir. Qəfildən nəfəsi çatmadığı üçün tibbi maskanı çənə nahiyəsinə endirmişdir. Halbuki marketdə maskadan istifadə etmişdir. Tibbi maskadan düzgün və tam istifadə etmədiyi bəhanə edilərək barəsində protokol və inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Hərbçidir, 2007-2013-cü ilin sonuna kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 1-ci Ordu Korpusunda “Tankçı” kimi xidmət etmişdir. 2-ci qrup əlildir. Maddi imkanı çox acınacaqlı vəziyyətdədir. Odur ki, şikayətinin təmin edilməsini, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan 18.08.2021-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş 18.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Atayev Sadiq Allahverdi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş xəstəlik tarixindən çıxarışların surətindən görünür ki, Atayev Sadiq Allahverdi oğlunun ağciyər xəstəliyi vardır. Nəfəs almaqda həqiqətən də çətinlik çəkir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq İXM Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, iş materiallarını araşdıraraq, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Atayev Sadiq Allahverdi oğlu barəsində 18.08.2021-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş 18.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Atayev Sadiq Allahverdi oğlunun şikayəti təmin edilsin. Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi tərəfindən Atayev Sadiq Allahverdi oğlu barəsində qəbul edilmiş 18.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2796/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2796/2021
06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver