Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-28/2022 31.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Abşeron rayon Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 11.10.2021-ci il tarixli TP ******* saylı Qərarından X5 oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 Arzuman oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 11.10.2021-ci il tarixli TP ******* saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır ona görə ki, inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Belə ki, 11.10.2021-ci il tarixdə Abşeron rayonu, M.İbrahimov (Saray-Vazın kruqu deyilən ərazidə) küçəsində səhər 07:54-də yol polisi inspektoru X2 orada nizamlayıcı kimi xidmət apararkən tıxacın qarşısının alınması məqsədi ilə əks istiqamətli hərəkət zolağına çıxma göstərişi vermişdir. Bu zaman X5 oğlu inspektorun göstərişini yerinə yetirərək, əks istiqamətli hərəkət zolağına çıxmaqla hərəkətini davam etdirmişdir. Lakin daha sonra inspektor X2 ona qarşı qərəzli münasibıt göstərmiş, ona “saxla” əmri vermiş və barəsində İXP4239769 saylı protokol tərtib etmişdir . Odur ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq şikayət vermiş şəxs və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan X5 oğluna təqdim edilmiş 11.10.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan məktubdan görünür ki, X5 oğlunun İXP4239769 saylı inzibati xəta haqqında protokolun araşdırılması barədə müraciətinə baxılmış, videonəzarət qurğusu vasitəsi ilə qeydə alınmış videogörüntüyə təkrarən baxış keçirilmiş, X5 oğlunun inzibati xətaya yol verməsi halı təsdiqlənmişdir. Beləliklə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 11.10.2021-ci il tarixli TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və X5 oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X5 oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 11.10.2021-ci il tarixli TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X5 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 11.10.2021-ci il tarixli TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-28/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-28/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver