Məhkəmə qərarları › İş №3(060)-280/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-280/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-280/2023 08.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, qərardan şikayət vermiş X1, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin, yol patrul xidmətinin inspektoru, polis serjantı X2 iştirakları ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin inzibati tənbeh vermə haqqında 30 dekabr 2022-ci il tarixli TP ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin, yol patrul xidmətinin inspektoru, polis serjantı X5 tərəfindən əbul edilmiş 30 dekabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 09:15-09:25 radələrində o, özünə məxsus “Toyota Camry minik” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən DYPŞ-nin əməkdaşı polis serjantı X5 tərəfindən ona saxla əmri verilərək saxlanılmışdır. Ona yaxınlaşan DYPŞ-nin əməkdaşı Koroğlu və Ü.Hacıbəyov küçələrinin kəsişməsində yol ayrıcınından sola dönərkən piyadaya yol verməməsinə görə ona İXP ******* saylı qərar qəbul edərək İXM-nin 330.0.2-ci maddəsi ilə inzibati qaydada 50,00 manat məbləöində cərimə tətbiq olunmuşdur. O, öz cavabında DYP-nın əməkdaşının özünü təqdim etməməsini, onun hansı qayda pozuntusunu törətməsini tam şəkildə başa salmaması barədə iradını bildirməyinə baxmayaraq ona qərəzli şəkildə İXMnin 330.0.2-ci maddəsi ilə qərar qəbul edilmişdir. Qeyd olunanların nəzərə alınmasını, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında cərimə qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. X4 tərəfindən verilmiş şikayət 30 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Şikayətə baxılması 08 fevral 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında X4 şikayətinə uyğun izahat verərək barəsindəki 30 dekabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs DYPŞnin, inspektoru, polis serjantı X5 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Ü.Hacıbəyov və Koroğlu küçəsində xidmətdə olan zaman adını sonradan bildiyi X4 “Toyota Camry minik” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcında o, sağa dönərkən dönəcəyi yolun hərkət hissəsini keçməkdə olan piyadaya yol verməmiş və nəticədə İXM-nin 330.0.2-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətmişdir. Sürücü İXM-nin 330.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə, barəsində 50,00 manat məbləğində cərimə tətbiq edilməsi barədə xx.xx.2022-ci il tarixldə TP ******* saylı qərar qəbul edilmişdir. Qeyd olunan qayda pozuntusunu əks etdirən DVD diski məhkəməyə təqdim edərək şikayətin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. İş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin və qərar qəbul etmiş şəxsin izahatlarını dinləyərək, məhkəməyə təqdim olunmuş DVD diskdə qeydə alınmış görüntüyə baxaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X4 barəsində 30 dekabr 2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 30 dekabr 2022-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X4 barəsində İXM-nin 330.0.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50,00 manat məbləğində cərimə olunmuşdur. İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsaslardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında 30 dekabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən qəbul olunmuş 30 dekabr 2022-ci il tarixli TP ******* saylı qərar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ bəndinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. “Toyota Camry minik” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 xx.xx.2022-ci il tarixdə saat 09:24-də (Sumqayıt şəhəri Koroğlu Ü.Hacıbəyov kəsişməsi) İXM-nin 330.0.2-ci maddəsinin tələblərini pozmuşdur. DYPŞ-nin 30 dekabr 2022-ci il tarixdə TP ******* №li qərarı ilə X1 50 (əlli) manat cərimə olunması qərara alınmışdır. Məhkəmə iclasındakı araşdırma zamanı X1 İXM-nin 330.0.2-ci maddələrin tələbini pozmaqla qeyd olunan qayda pozuntusuna yol verməsi məhkəməyə təqdim edilən diskə baxılarkən öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, DYPŞ-nin, inspektoru, polis serjantı X5 tərəfindən qəbul olunmuş 30 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də X1 şikayəti təmin olunmamalıdır. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin, yol patrul xidmətinin inspektoru, polis serjantı X5 tərəfindən qəbul olunmuş 30 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar