Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2800/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işrirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən xx.xx.2022ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-248/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 11607 (on bir min altı yüz yeddi) ABŞ dolları borcu üzürsüz səbəbdən icra etməmişdir. Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-248/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi 2016-cı il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Borclunun mülkiyyətində və ipoteka predmeti olan “Hyundai İ40” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomaşın 2017-ci il tarixdə açıq hərracda 19000 (on doqquz min) manata, yəni 7500 (yeddi min beş yüz) ABŞ dollarına satılmış və həmin məbləğ xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-yə ödənilmişdir. Həmin avtomobili borclunun mülki etibarnamə verdiyi şəxs açıq hərracda alaraq ipoteka predmeti olmaqdan azad etmişdir. Avtomobil satıldıqdan sonra borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Sonradan borclunun krediti restruktrizasiya olunaraq borc 11607 (on bir min altı yüz yeddi) ABŞ dolları müəyyən olunmuşdur. Hal-hazırda borclu Şəxs 11607 (on bir min altı yüz yeddi) ABŞ dolları borcu vardır. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-248/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən ondan "xxxx" ASC-nin xeyrinə 21633,75 ABŞ dolları (qətnamə icra olunan günə manata nisbətdə) və 230 manat məbləğində pul tutulmalıdır. Ona məxsus ipoteka ilə yüklü edilmiş “Hyundai İ40” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməli, həmin avtomaşın açıq hərracda satılaraq onun "xxxx" ASC-yə olan borcu ödənilməlidir. 2017-ci il tarixdə “Hyundai İ40” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun iştirakı olmadan açıq hərracda 19000 (on doqquz min) manata, yəni 7500 (yeddi min beş yüz) ABŞ dollarına satılmış və həmin məbləğ "xxxx" ASC-yə ödənilmişdir. Avtomaşını alan şəxs ona borcu bağladığını və hec bir borcun qalmadığını bildirmişdir. Ona 6 il keçdikdən sonra 11607 (on bir min altı yüz yeddi) ABŞ dolları borcu olması bildirilmişdir. Lakin bu müddət ərzində "xxxx" ASC-yə borcu olması barədə ona heç kim məlumat verməmişdir. Himayəsində 02 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən xx.xx.2022ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-248/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 11607 (on bir min altı yüz yeddi) ABŞ dolları borcu üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati cərimə cəzası tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2800/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2800/2022
28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver