Məhkəmə qərarları › İş №3(060)-2800/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2800/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2800/2024 28.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Rusiya Federasiyası Tümen vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Müdafiə Nazirliyinin 550 nömrəli Hərbi Hissəsində bölük komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində xidmət edən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* seriya №-li, xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, sürücü Şəxs “KİA FORTE” minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 19:10 radələrində Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı istiqaməti, Novxanı-Corat yolunun kəsişməsində Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-GY-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs, Həqiqət Sayadovanın, Şəfəq Mürsəlovanın, Şafnat Sayadovanın, Elnurə Sayadovanın sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan şəxsin sağlamlığına yüngül dərəcəli bədən xəsarətinin yetirilməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o hərbi qulluqçudur və hal-hazırda Müdafiə Nazirliyinin 550 nömrəli Hərbi Hissəsində bölük komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində xidmət edir, rütbəsi baş leytenantdır. İXM-nin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Həmin məcəllənin 109.1-ci maddəsində işin baxılmağa hazırlanması zamanı barəsində qərardad qəbul edilməli olan məsələlərdən bir kimi - məsələnin baxılması hakimin, orqanın səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialın baxılması üçün aidiyyatı üzrə göndərilməsi barədə qərardad çıxarılmalı olduğu göstərilmişdir. Belə işin baxılmağa hazırlanması zamanı barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 550 nömrəli Hərbi Hissəsində bölük komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində xidmət etdiyi müəyyən edildiyi üçün inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün İXM-nin 109.1.7-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunmalıdır ki, məhkəmənin icraatına daxil olan material ilə bağlı məhkəmə aidiyyatı vaxtında, dəqiq və aydın müəyyən edildiyi təqdirdə növbəti mərhələdə işə baxılarkən prosessual müddətlərə ciddi əməl edilməklə işin mahiyyəti üzrə həll edilməsi inzibati məsuliyyət üçün müəyyən olunan müddətlərin də pozulmamasını təmin etmiş olur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43.4, və 109.1.7-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi X1 Şöbəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilsin. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar