Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2801/2021 02.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin müdafiəçisi və nümayəndəsi Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində 06.08.2021-ci il tarixdə, MN ******* №-li protokol tərtib olunmuşdur. Həmin protokolda 05.08.2021-ci il tarixində sənaye zonasında yerləşən Şəxs MMC-yə məxsus istehsal sahəsinin ətraf ərazisində aparılan analiz ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2801/2021 saylı, 02.09.2021-ci il tarixli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 10500 (on min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2801/2021 saylı, 02.09.2021-ci il tarixli qərarından Şəxs MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-592/2021 saylı, 01.10.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2801/2021 saylı, 02.09.2021-ci il tarixli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 ifadəsində göstərdi ki, vətəndaşlardan daxil olan şikayətə əsasən 05.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməmkdaşları tərəfində monitorinq keçirilmiş və sənaye zonasında yerləşən Şəxs MMCyə məxsus istehsal sahəsinin ətraf ərazisində aparılan analiz ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olması barədə 0349 saylı, 05.08.2021-ci il tarixli monitorinq aktı tərtib olunmuşdur. Monitorinq aktı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin əməkdaşları tərəfindən tərtib olunsa da, həmin xidmətin inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olmadığına görə inzibati xəta haqqında protokol 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməmkdaşları tərəfindən tərtib olunmuşdur. Ona görə də, qanunauyğün qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 həmin İdarənin nümayəndəsi X1 ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq bildirdi ki, 05.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin əməkdaşları və onun iştirakı ilə gecə saat 23-24 radələrində monitorinq keçirilmiş, sənaye zonasında yerləşən Şəxs MMC-yə məxsus istehsal sahəsinin ətraf ərazisində aparılan analiz ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olması barədə 0349 saylı, 05.08.2021-ci il tarixli monitorinq aktı tərtib olunmuşdur. Monitorinq aparılan zaman Şəxs MMC-nin istehsalat üzrə nümayəndəsi ilə əlaqə saxlayıb monitorinqdə iştirak etməsi üçün dəvət olunsa da, o gəlməkdən imtina etmişdir. Monitorinqin keçirilməsi barədə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyindən icazənin olub-olmaması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin müdafiəçisi və nümayəndəsi Vəkil bildirdi ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən tərtib edilmiş protokoldan görünür ki, 05.08.2021ci il taridə MMC-yə məxsus istehsal sahəsinin ətraf ərazisində aparılan ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olmuşdur. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən məhkəməyə təqdim edilmiş 0349 saylı müayinə aktından görünür ki, MMC-də keçirilmiş monitorinq zamanı atmosfer havasında CO-1,0 mq/kubmetr, H2S-0,l mq/kubmetr olmuşdur ki, H2S ətraf mühit üçün yol verilən həddən artıq olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin heç bir əməkdaşı tərəfindən Şəxs MMC-nin yerləşdiyi əraziyə gəlməmiş və ölçmə işləri də aparılmamışdır. Belə ki, əgər həmin hərəkətlər icra olunsa idi, o zaman akt və protokol şirkətə həmin anda təqdim olunmalı idi. İnzibati Xəta haqqında protokolun 06 avqust 2021-ci il tarixdə tərtib olunduğu qeyd olunsa belə həmin protokolun 10 avqust 2021-ci 2021-ci il tarixində qeydiyyata alınması da həmin protokolun formal olaraq heç bir yoxlama aparılmadan tərtib olunmasını bir daha sübut edir. Sumqayıt Şəhər Məhkəməsində işə baxılan zaman 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi bildirmişdir ki, yoxlama tədbirlərini Monitorinq Xidməti tərəfindən aparıldığında yoxlama keçirilən cihazın nəticələri onlarda mövcud deyildir. Halbuki iş materiallarında olan aktdan görünür ki, guya ölçməni 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılmışdır. Ölçmələrin hansı cihazla aparıldığını, həmin cihazın dövlət qeydiyyatından keçərək standartlara uyğun olduğunu, həmin cihazla bağlı zəruri sənədlər (lisenziya, uyğunluq sertifikatı və.s) olub-olmaması, atmosfer havasına atılan zərərli maddələrin yol verilən həddinin hansı normativlərə əsasən müəyyən edildiyini, sahibkarlıq subyektlərində aparılan hər cür yoxlama tədbirinin (müayinə, baxış və s.) qanunla qadağan edildiyini və sairə iş üçün əhəmiyyət kəsb edən mühüm halları araşdırmamış, yalnız dövlət qurumu tərəfindən təqdim edilmiş müayinə aktını əsas götürərək MMC-nin inzibati məsuliyyətə cəlb ediməsinə dair protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin mühüm hallarından olan 1) MMC-nin ərazisində 4 saylı RETSİ tərəfindən aparılan yoxlamanın qanunvericiyiə uyğun olub-olmadığı, 2) MMC-nin ərazisindən götürülən nümunələrin nəticələrinin hansı mötəbər sənədlərlə təsdiq edilməsini, 3) atmosfer havasına atılan zərərli maddələrin yolverilən hədləri və s. bu kimi məqamlar araşdırılmamış, hakim faktiki olaraq, dövlət qurumunun mənafeyini əsas tutaraq sahibkarlıq subyektini əsassız olaraq cərimələmişdir. Ona görə də, Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində çıxış etmiş X4 məhkəmə iclasında bildirdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləyir. Vətəndaşlardan daxil olan şikayətə əsasən 05.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin əməkdaşları və onun iştirakı ilə monitorinq keçirilmiş, sənaye zonasında yerləşən Şəxs MMC-yə məxsus istehsal sahəsinin ətraf ərazisində aparılan analiz ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olması barədə 0349 saylı, 05.08.2021-ci il tarixli monitorinq aktı tərtib olunmuşdur. Monitorinq aparılan zaman Şəxs MMC-nin istehsalat üzrə nümayəndəsi ilə əlaqə saxlayıb monitorinqdə iştirak etməsi üçün dəvət olunsa da, o gəlməkdən imtina etmişdir. İş materiallarında olan 0349 saylı müayinə aktından görünür ki, Bakı-Quba yolunun kənarında fəaliyyət göstərən Şəxs MMC-də keçirilmiş monitorinq zamanı müəyyən edilmişdir ki, CO-1,0 mq/kubmetr, H2S-o,1 mq/kubmetr. Ölçmələrin nəticəsinə əsasən H2S ətraf mühit üçün yol verilən həddən artıq olmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama keçirilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində iş üzrə icraata xitam verilməlidir. Beləliklə iş materiallarından müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2801/2021 saylı, 02.09.2021-ci il tarixli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 10500 (on min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2801/2021 saylı, 02.09.2021ci il tarixli qərarından Şəxs MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-592/2021 saylı, 01.10.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2801/2021 saylı, 02.09.2021-ci il tarixli qərarı ləğv edilmiş və aparılmış monitorinqin məhz həqiqətən də qeyd olunan ərazidə aparılıbaparılmaması və ərazidə aparılmış monitorinqin Şəxs MMC-nin yerləşdiyi yerin ərazisində aparılmasının mümkünlüyü və ümumiyyətlə yoxlamanın qanunvericiliyin tələblərinə əməl olunaraq aparılıb-aparılmaması müəyyən edilməsi kimi əsasların araşdırılması üçün iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı müəyyən olundu ki, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamış, yoxlamanın keçirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyindən icazə alınmamış, plandankənar (növbədənkənar) yoxlama vətəndaşların müraciəti əsasında keçirilməsi bildirilsə də, yoxlayıcı orqan konkret faktlara əsaslanan rəsmi müraciətlərin daxil olması barədə sübut təqdim etməmişdir. Bununla da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat başlanmış Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXMnin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2801/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2801/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver