Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2804/2021 25.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İcra sənədi üzrə tələbkarlar: X5, ABC Telecom MMC-nin nümayəndəsi X3, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən 20.08.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* və MN ******* saylı protokollar tərtib olunmuşdur. Protokollardan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-520/21 saylı 18.02.2021-ci il tarixli icra sənədinin icrası borclu ərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Bundan əlavə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7739/19 saylı, 16.11.2019-cu il tarixli icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 məhkəməyə bildirdi ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-521/2021 saylı 18.02.2021-ci il tarixli icra sənədinə əsasən 340 manat borcu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7739/2019 saylı, 16.11.2019-cu il tarixli icra sənədinə əsasən 2904 manat borcu üzrsüz səbəbdən ödəmir. Ona görə də, qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-521/2021 saylı 18.02.2021-ci il tarixli icra sənədinə əsasən 340 manat borcu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7739/2019 saylı, 16.11.2019-cu il tarixli icra sənədinə əsasən 2904 manat borcun ondan tutularaq tələbkarlara ödənilməsi qət edilmişdir. 20.08.2021-ci ildə məhkəmədə ona vaxt verildikdən sonra 100 manat ödəniş etmişdir. Başqa ödəniş etməyə imkanı yoxdur, ona vaxt verilərsə borcu ödəyəcəkdir. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. İcra sənədi üzrə tələbkar X9 məhkəmə iclasında bildirdi ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-521/21 saylı, 18.02.2021-ci il tarixli icra sənədinə əsasən ona olan 340 manat borcu ödəmir. Borcun ödənilməsini və ya qanunauyğun cəza tətbiq edilməsini xahiş edir. İcra sənədi üzrə tələbkar ABC Telecom MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7736/19 saylı 16.11.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs barəsində 2904 manat borcun təmsil etdiyi hüquqi şəxsin xeyrinə tutulması qət edilmişdir. Borcun tam ödənilməsini və ya qanunauyğun cəza verilməsini xahiş edir. İşmateriallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 18.02.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X4 340 manat məbləğində pulun alınaraq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26.11.2019-cu il tarixli 2(060)- 7736/19 saylı icra sənədinə əsasən cavabdeh Şəxs İMEİ kodu **********02371 olan Samsung Galxy J4 2018 DS, İMEİ kodu **********54784 olan Samsung J3 2017 DS, X13 Nitron, LG LED TV üçün 2828 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 26 manat dövlət rüsumu olmaqla, cəmi 2904 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan bildiriş və xəbərdalıqlardan görünür ki, Şəxs borcu vaxtında ödəməsi və ödəməyəcəyi halda qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədlərindən məlumatı olsa da, ödəniş etməmişdir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Beləliklə, məhkəmə iclasında Şəxsnın inzibati xəta haqqında 20.08.2021-ci il tarixli MN ******* və MN ******* saylı protokollarda göstərilən inzibati xətaları törətməsi tam sübuta yetirildi və həmin protokollarda göstərilən inzibati xətaları törətməkdə təqsirli bilinərək tənbeh edilməlidir. İşdə Şəxsnın məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxsnın şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs inzibati xəta haqqında 20.08.2021-ci il tarixli MN ******* və MN ******* saylı protokollarda göstərilən inzibati xətaları törətdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2804/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2804/2021
25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver