Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2805/2023 28.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1, 332.2-ci maddəsinə əsasən qəbul edilmiş EQ 17337900 saylı, xx.xx.2023-cü il tarixli və İXM-nin 328.1, 332.3-cü maddəsinə əsasən qəbul edilmiş EQ 17578808 saylı, xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1, 332.2-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17337900 nömrəli protokol qərarının və xx.xx.2023-cü il tarixli, EQ 17578808 nömrəli protokol qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. X2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən və ona əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1, 332.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, EQ 17337900 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarda inzibati xətanın baş vermə yeri Bakı-Quba yolunun 26-cı km, Sumqayıt istiqaməti olduğu qeyd olunmuşdur. Lakin digər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1, 332.3-cü maddəsinə əsasən qəbul edilmiş xx.xx.2023cü il tarixli, EQ 17578808 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xətanın baş vermə yeri Sabunçu rayonu, Fatmayi qəsəbəsi (Dənizkənarı yol) Novxanı istiqamətidir. Göründüyü kimi hər iki inzibati xətanın baş vermə yeri müxtəlif olduğundan hər bir inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə müraciət edilməli, hər iki inzibati tənbeh vermə haqqında qərar ayrıca şikayət ərizəsində mübahisələndirilməlidir. Lakin vətəndaş X2 hər iki qərardan şikayəti bir ərizədə qeyd etməklə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli, EQ 17578808 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qanunvericiliyin tələbinə əsasən şəxs barəsində inzibati tənbeh haqqında qəbul edilmiş qərardan inzibati xətanın baş verdiyi ərazi üzrə rayon (şəhər) məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməli, yalnız həmin məhkəmə tərəfindən şəxsin vəsatəti təmin olunduğu halda şikayət ərizəsi aidiyyatı üzrə baxılması üçün şikayət verən şəxsin yaşadığı yer üzrə rayon (şəhər) məhkəməsinə göndərilə bilər. Məhkəmə hesab edir ki, qeyd olunanlara şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1, 332.2ci maddəsinə əsasən qəbul edilmiş EQ 17337900 saylı, xx.xx.2023-cü il tarixli və İXM-nin 328.1, 332.3-cü maddəsinə əsasən qəbul edilmiş EQ 17578808 saylı, xx.xx.2023-cü inzibati tənbeh vermə haqqında qərarların ləğvinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-2805/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2805/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver