Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2806/2022 31.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi, Məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, Sumqayıt şəhər Polis İdarəsi 5-ci polis bölməsindən daxil olmuş X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı müəyyən etdi: X1 barəsində 31 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 227-ci maddəsi ilə tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar 31 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol baxılmadan geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolu tərtib edən şəxs tərəfindən iş üzrə zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Qeyd edilən hal X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmasını mümkünsüz etdiyindən, hazırkı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan onu tərtib edən orqana geri qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Həmin Məcəllənin 62.4-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi 5-ci polis bölməsindən daxil olmuş X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana Sumqayıt şəhər Polis İdarəsi 5-ci polis bölməsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2806/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2806/2022
31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver