Məhkəmə qərarları › İş №3(060)-2807/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2807/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2807/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunu sədrliyi, X4 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Əli vahid oğlu Hacıyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, İcra sənədi üzrə tələbkar - X1, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil oğlunun iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Əli vahid oğlu Hacıyev tərəfindən 20.08.2021-ci il tarixdə vət. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-445/2020 saylı, 10.06.2020-ci il tarixli icra sənədini uşağın atadan alınıb anaya verilməsi hissəsində üzrsüz səbəbdən icra etmir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Əli vahid oğlu Hacıyev məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 445/2020 saylı, 10.06.2020-ci il tarixli icra sənədinə əsasən 23.06.2017-ci il təvəllüdlü X5 və 26.03.2019-cu il təvəllüdlü X7 cavabdeh Şəxs alınıb X2 verilməlidir. İcra sənədi üzrə bütün zəruri tədbirlər görülmüşdür. İcra işi üzrə cavabdeh tərəfindən 4 dəfə - 2 dəfə hər iki uşaq, 2 dəfə böyük qızları icra idarəsinə gətirilmiş, lakin uşaqlar anası ilə görüşməkdən imtina etmişdir. Həmçinin 03.05.2021-ci il tarixdə bununla bağlı akt da tərtib olunmuşdur. Hazırda icra sənədi üzrə tələbkar şikayətçi olduğundan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində protokol tərtib edilmiş Şəxs bildirdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-445/2020 saylı, 10.06.2020-ci il tarixli icra sənədinə əsasən 23.06.2017-ci il təvəllüdlü X5 və 26.03.2019-cu il təvəllüdlü X7 ondan alınıb X2 verilməlidir. Qeyd etdi ki, övladları analarını tanımır. Analarını görmək istəmir. Bununla belə icra sənədinin icrasını təmin etmək məqsədilə dəfələrlə cəhd etməsinə baxmayaraq uşaqlar anasına getmək istəməmişdir. Məhkəmə qərarını qərəzli olaraq icra etməmək kimi bir niyyəti yoxdur. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar X6 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-445/2020 saylı, 10.06.2020-ci il tarixli icra sənədinə əsasən 23.06.2017-ci il təvəllüdlü X5 və 26.03.2019-cu il təvəllüdlü X7 cavabdeh Şəxs alınıb ona verilməlidir. Hazırda cavabdehdən şikayətçidir. Belə ki övladlarının keçmiş həyat yoldaşında qalmasını istəmir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsindəki inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra sənədi üzrə tələbkarın izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-445/2020 saylı, 10.06.2020-ci il tarixli icra sənədinə əsasən 23.06.2017-ci il təvəllüdlü X5 və 26.03.2019-cu il təvəllüdlü X3 cavabdeh Şəxs alınıb X2 verilməsi müəyyən edilmişdir. İş materiallarında olan icra məmurları və icra sənədi üzrə tərəflərin iştirakları ilə tərtib olunmuş 03.05.2021-ci il tarixli aktdan görünür ki, X2 uşaqları ilə xidməti otaqda fərdi qaydada ünsiyyət yaratmaq üçün şərait yaradılmış, dəfələrlə cəhd olunmasına baxmayaraq uşaqlar anası X2 getmək istəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs icra sənədini üzrsüz səbəbdən qərəzli olaraq icra etməməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi Şəxs övladlarının anası ilə ünsiyyətinə və ondan alınıb anasına verilməsinə maneə yaratmamış, uşaqları dəfələrlə təqdim etmiş, onun məhkəmə qərarını qərəzli olaraq icra etməmək bir niyyəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil oğlu tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar