Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2807/2024 14.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxs-Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan, Sumqayıt şəhəri, 13cü mkr, ev 6, mən 37 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, 13-cü mkr, ev 6, mən 37 ünvanında bacısı X1 yaşadığı evdə onu döyərək xəsarət yetirməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında 1-ci PB-nin sahə rəisi, polis mayoru Mehman Əsədov protokolda göstərilənlərə uyğun izahat verərək, tərəflərin barışmasın nəzərə alaraq qanunamaüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İXM-nin 157-ci maddəsi ilə özünün təqsirli bilərək göstərdi ki, Elnarə Hüseynova onun bacısıdır, bacısı anası Solmaz Quliyeva ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mkr, ev 6, mən 37 ünvanındakı evdə yaşayır. Ev satışa çıxdığı üçün xx.xx.2024-cü il tarixdə həmin mənzilə qiymətləndirilmə üçün ekspert gətirmişdir. Lakin bacısı Elnarə Hüseynova otağın qapısını bağlı saxlamış, qapını açmamışdır. Eksperti yola salandan sonra bacısı Elnarə Hüseynova otaqdan çıxmış, onu təhqir etmişdir. O, isə Elnarənin qolundan tutub sürümüşdür. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. İcraata xitam veriməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəmiş, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. İnzibati xətanın törədilməsində özünü təqsirli bilir, icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Elnarə Hüseynova bildirdi ki, Şəxs onun qardaşıdır. xx.xx.2024-cü il tarixdə yaşadığı evə ekspert baxışına müdaxilə etmişdir. Buna görə də, qardaşı Coşqunla aralarında mübahisə baş vermişdir. Hazırda Coşqunla barışmış, ona qarşı heç bir tələbi yoxdur, icraata xitam veriməsini xahiş edir. Zərərçəkmiş şəxs Elnarə Hüseynova ərizə ilə məhkəməyə müraciət edərək Şəxslə barışdığını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona vurduğu zərəri tam ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki¸ 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın tərkibində olan MTE və PA X5 Şəxsindən daxil olmuş ekspert rəyindən aydın olur ki, Elnarə Hüseynovanın bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ gözaltı nahiyyəsinin, üst dodağın sağ yarısının, sol bazunun qançırı, sol əlin üstünün, sağ əlin üstünün sıyrığı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəaitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığıa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialı, proses iştirakçılarının izahatı ilə birlikdə araşdıraraq və tərəflərin barışdığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-nin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2807/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2807/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver