Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2808/2023 11.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İş materiallarından müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X1 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənovun xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X1 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ləğv edilmiş və material əlavə araşdırılması üçün Sumqayıt ŞPİ-nin TŞ-nə göndərilməklə icrası təhqiqat şöbəsinin təhqiqatçılarına həvalə edilmişdir. Beləliklə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunmasına səbəb olmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərar ləğv olunduğundan və əmələ hüquqi qiymət verilmədiyindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİnin DYPŞ-nə geri qaytarılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2808/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2808/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver