Məhkəmə qərarları › İş №3(060)-2809/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2809/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2809/2022 31.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, 79-cu məhəllə, yataqxana 6A, otaq 9 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 04:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində vətəndaş X1 evindən 20 (iyirmi) manat dəyərində kabelləri oğurlamış, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhər qəbristanlığında vətəndaş Zərərçəkmiş şəxs məzar daşı düzəldəcəyini deyib, etibarından sui-istifadə edib ondan 200 (iki yüz) manat alıb ona qarşı dələduzluq etmiş və xx.xx.2022-ci il tarixdə saat 02:50 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə, H.Baxış küçəsi, ev 19-un qarşısında saxlanılmış Opel markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomaşından 30 (otuz) manat oğurlamışdır. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 04:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində vətəndaş X2 evindən 20 (iyirmi) manat dəyərində kabelləri oğurlamış, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhər qəbristanlığında vətəndaş Zərərçəkmiş şəxs məzar daşı düzəldəcəyini deyib, etibarından sui-istifadə edib ondan 200 (iki yüz) manat alıb ona qarşı dələduzluq etmiş və xx.xx.2022-ci il tarixdə saat 02:50 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə, H.Baxış küçəsi, ev 19-un qarşısında saxlanılmış Opel markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomaşından 30 (otuz) manat oğurlamışdır. Etdiyi əməldən peşman olduğunu və bir daha belə əməllərə yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən qəbristanlıqda olarkən vəfat etmiş qardaşının məzarının yanında Rasim kimi tanıdığı şəxs həmin məzarın sinə daşını dəyişmək adı ilə ondan 200 (iki yüz) manat pul alıb sinə daşını iki günə hazır edəcəyini vəd etsə də, o vədinə əməl etməyərək onu aldatmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş zərərçəkmiş şəxslər X5 və X7 gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan X4 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmiş, ona qarşı şikayətçidir və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan X1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmiş, ona qarşı şikayətçidir və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarlardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş və faktda xırda talama faktının yəni, Azərbacan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan hadisəni törətmiş inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Sumqayıt ŞPİ-nin 5-ci PB-nə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, proses iştirakçılarının izahatını, vəkilin çıxışını dinləyərək hesab edir ki, inzibati xətanın törədilməsi Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 31 oktyabr 2022-ci il tarixdən, saat 12:10-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxslər X3 və X6 vurulmuş zərərin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar