Məhkəmə qərarları › İş №3(060)-281/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-281/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-281/2021 04.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X14 Məmmədovun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyilə, şikayət vermiş şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair 14.01.2021-ci il tarixli, TP ******* saylı qərardan X8 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X8 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İXM ******* saylı protokola əsasən qəbul edilmiş Sumqayıt şəhər Dövlət yol polis şöbəsinin 14.01.2021-ci il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X8 şikayətində göstərmişdir ki, 14.01.2021 tarixində Sumqayıt Şəhər DYP xidməti inspektoru X10 tərəfindən ******* İXP saylı protokol və TP ******* saylı qərar qəbul olunmuşdur. Məsələ bundan ibarətdir ki, sms icazə mexaniki səhv olaraq köhnə şəxsiyyət vəsiqəsinin seriya nömrəsi üzərindən, telefonda olan əvvəlki smslər kopyalanıb göndərilmişdir. Müraciətə təsdiq mesaji gəlmişdir və yalnız bundan sonra çölə çıxarkən DYP əməkdaşı Nuriyev Elvin tərəfindən portalda yeni şəxsiyyət vəsiqəsi yoxlanılan zaman icazənin olmadığını bildirmişdir. Mexaniki səhvin özündə olduğunu qəbul edir, ancaq bilərəkdən qəsdən karantin qaydalarını pozmamış və öz şəxsi adına icazə almışdır. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 18.01.2021ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 04 fevral 2021-ci il tarixə təyin edilmişdir. Qərar qəbul etmiş orqan Sumqayıt şəhər Dövlət yol polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X8 şikayətin məzmununa uyğun izahat verərək mübahisələndirilən qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş AZE 09613988 saylı X7 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqənin etibarlıq müddəti 17.09.2020-ci il tarixədəkdir. İş materiallarına əlavə olunmuş AA ******* saylı X7 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqənin etibarlıq müddəti 08.11.2030-cü il tarixədəkdir. İş materiallarına əlavə olunmuş Xüsusi Karantin Rejiminin X12 Alınması üçün 8103 SMS icazə sisteminin foto şəklindən görünür ki, 1-ci indeks üzrə 14.01.2021-ci il tarixdə, saat 13:46-da AZE 09613988 nömrəsi üzrə sorğu təsdiqlənmiş, 3 saat müddətinə yaşayış yerinizi tərk edə biləcəyi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş mübahisəli qərardan görünür ki, X8 14.01.2021-ci il tarixli, saat 13:52-də TP ******* №li qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Prezitenti Yaninda Vətandaşlara Xidmət və Sosial İnavasiyalar üzrə X2 X9 Mərkəzi və X11 birgə ərsəyə gətirdiyi 8103 SMS icazə sistemi 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Xüsusi Karantin Rejiminin X1 müəyyən olunmuş qaydada həyata keçirilir. Evdən çıxmalarına dair sms əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər. İcazələrin məqsədinə dair 2 kod təyin edilir. 1 nömrəli kod təxirə salınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, 14.01.2021-ci il tarixli TP ******* №li qərar ilə X5 haqqında İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə qərar qəbul olunsa da, X7 Azərbaycan Respublikası Prezitenti Yaninda Vətandaşlara Xidmət və Sosial İnavasiyalar üzrə X2 X9 Mərkəzi və X11 birgə ərsəyə gətirdiyi 8103 SMS icazə sistemi tərəfindən 14.01.2021-ci il tarixdə saat 13:46-da 3 saat müddətinə Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı icazə verilmişdir. Texniki səhv olaraq köhnə şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən götürülən icazə, 8103 SMS icazə sistemi tərəfindən təsdiq olunmuşdur. İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.4 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X8 tərəfindən verilmiş şikayət təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin X8 barəsində qəbul etdiyi inzibati xəta haqqında 14.01.2021-ci il tarixli TP ******* №li qərarı ləğv edilsin və X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar