Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2811/2021 23.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Şəfiyev 4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə 23.08.2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs polis əməkdaşını təhqir edib və polisin qanuni tələbinə tabe olmamışdır. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin polis sahə rəisi, polis mayoru X4 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs tərəfindən hər hansı bir inzibati xətanın törədilmədiyini bildirdi və icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 22.08.2021-ci tarixdə 22:30 radələrində avtomaşınları texniki baxış şöbəsinə müayinədən ötrü aparmış, texniki baxış şöbəsi işləmədiyi üçün avtomaşınları yol kənarına park edib getmişdir. Avtomaşından düşüb X12 inzibati binasını tərk edən zaman orada xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq avtomaşınları kənar yerə park etməyi xahiş etmiş, o isə təcili getməli olduğunu və birazdan geri qayıdacağını bildirmişdir. Təxminən 1 saat sonra bölmədən polis əməkdaşları onun mobil nömrəsinə zəng edib özlərini təqdim etdikdən sonra avtomaşını həmin yerdən uzaqlaşdırmağı xahiş etmişlər. Həmin vaxt o Sumqayıt şəhərindən kənarda olduğu üçün gəlib çatması 1 saat çəkmiş, gəldiyi zaman X6rşısında YPX əməkdaşları və bölmənin əməkdaşları olduğunu görmüşdür. Polis əməkdaşları onun əməlinin qanunsuz olduğunu bildirdikdə o qanun qarşısında hər hansı səhvi olduğu halda cəzasını çəkməyə hazır olduğunu bildirmişdir. Heç bir qanun pozuntusuna yol verməmişdir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid - Sumayıt şəhəri Muhafizə İdarəsinin polis serjantı X5 izahatında bildirdi ki, 22.08.2021-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt Qeydiyyat İmtahan və X11 xidmət aparan zaman iki TİR markalı avtomaşınlardan birinin yanğından mühafizə qapısının qarşısında, digərinin isə əsas giriş binasının qarşısında park edildiyini görüb, həmin vətəndaşlara yaxınlaşaraq özünü təqdim etdikdən sonra maşınları buradan kənara çəkməklərini xahiş etmişdir. Lakin Rəmiş adlı şəxs ona maşını çəkməyəcəyini bildirərək, nalayiq söyüşlər söyüb, özünün hüquqşünas olduğunu, heç kimin ona heç nə edə bilməyəcəyini deyib oradan çıxıb getmiş, onun qanuni tələbinə tabe olmamışdır. O bu barədə aidiyyatı üzrə məlumat vermiş, Sumqayıt ŞPİ-nin əməkdaşları ora gəlmiş, Rəmiş adlı şəxs onların çağırışı üzrə gələrək maşınlardan birini başqa yerə park etmişdir. Məhkəmə iclasında digər şahid Sumayıt şəhəri Muhafizə İdarəsinin polis serjantı X1 Ramil Orucəli oğlunun izahatında göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid X7 izahatında bildirdi ki, 22.08.2021-ci il tarixdə saat 21:00 radələrində Rəmiş onun mobil telefonuna zəng edib ona maşınını Sumqayıta aparmağını söyləmişdir. Xırdalan ZAZ qarajından maşını götürüb Sumqayıt Qeydiyyat İmtahan və X6rşısında saxlayaraq açarı Rəmişə təhvil vermiş və Rəmişlə birlikdə özünə məxsus olan avtomobilə əyləşmişlər. Bu zaman maşına bir nəfər polis əməkdaşı yaxınlaşaraq “burada maşın saxlamaq olmaz” deyərək maşını çəkməyi bildirmişdir. Rəmiş maşını qeydiyyat üçün burada saxladığını və maşını çəkməyəcəyini bildirmişdir. Polis əməkdaşı maşını çəkməyəcəyi halda məruzə edəcəyini bildirdiyi zaman Rəmiş “məruzəni et, bir azdan gəlib götürəcəm” demiş, polis əməkdaşı çıxıb getmişdir. İş materiallarında olan Sumqayıt Muhafizə İdarəsinin polis baş serjantı X3 22.08.2021-ci il tarixli raportundan görünür ki, 22.08.2021-ci il tarixdə Sumayıt şəhəri Muhafizə İdarəsinin polis serjantı X9 ilə birlikdə Sumqayıt Qeydiyyat İmtahan və X11 xidmət aparan zaman təxminən saat 22:45 radələrində iki ədəd “DAF” MARKALİ **-AD-*** və **-ZP-*** d/q/n/-lı yük maşınlarının sürücüləri tərəfindən idarə olunaraq şöbənin əsas giriş qapısının və yanğından mühafizə məntəqəsinin giriş qapısının qarşısında saxlandığını görərək həmin şəxslərə yaxınlaşmış, həmin vətəndaşlardan yük maşınlarını giriş qapılarının qarşısından kənara çəkmələrini tələb etmişlər. Lakin həmin şəxslər polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq, maşınları qəsdən orada saxladıqlarını bildirmişlər. Həmin sürücülərdən biri onlara və ümumi polisin ünvanına ucadan nalayiq söyüşlər söyərək, özünün hüquqşünas olduğunu, qanunu yaxşı bildiyini, heç kimin ona heç nə edə bilməyəcəyini bildirmişdir. Sonra hər iki sürücü xidmət aparılan ərazidən xeyli kənarda dayanmış, markasını və dövlət qeydiyyat nişanlarını görə bilmədikləri bir minik avtomaşınına əyləşərək oradan çıxıb getmişlər. Bununla da həmin şəxslər şöbənin iş rejimini uzun müddətli pozmuşlar. İş materiallarında olan, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis leytenantı Murad İbrahimovun 23.08.201-ci il tarixli raportundan görünür ki, 23.08.2021-ci il tarixdə əməliyyat qrupunda olduğu zaman bölməyə daxil olmuş məlumat əsasında bir nəfər şəxs Sumqayıt şəhəri, İQŞ-nin qarşısını nəqliyyat vasitəsilə kəsmiş, sürücü bölməyə dəvət olunaraq gətirilmişdir. Bölmədə həmin şəxsin Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Şəfiyev 4 ünvanında fərdi evdə yaşayan xx.xx.1990-cı il təvəllüdlü Şəxs Zəkram olduğu müəyyənləşmişdir İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23.08.2021-ci il tarixdə, saat 09:40-da inzibati qaydada tutulmuş, 23.08.2021-ci il tarixdə, saat 10:00-da azad edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Xidməti vəzifəsini yerinə yetirən Sumqayıt Muhafizə İdarəsinin polis baş serjantı X5 ona avtomobilləri düzgün park etməyi, Şöbənin girişini kəsməməyi, oradan götürməyi tələb etsə də o bu tələbi yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Təqdim edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1936/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Şəxs nikahı pozulmuş, 2018 və 2020-ci il təvəllüdlü iki uşağı onun himayəsində qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə görə ... himayəsində on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən, onun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Məhkəmə qeyd edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Şəxs tərəfindən göstərilən hərəkətlərə yol verilməsi təsdiq edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı isə həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2811/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2811/2021
23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver