Məhkəmə qərarları › İş №3(060)-2811/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2811/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2811/2023 12.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə 25 noyabr 2023-cü il tarixli, 00700-00269/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X3 inibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, “X8 Company" MMC-nin ünvanına 50D81110/50D81210 nömrəli yük nəqliyyat vasitə 54609839 ve 54609870 nömrəli vaqonlarla idxal olan və **********5568 sorğu nömrəli gömrük bəyannaməsi ilə "sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda bəyan edilən "Mave Xlor (99.8%)" yükünün Sumqayıt şəhərində yerləşən X4 dəmiryol stansiyasında gömrük orqanının icazəsi olmadan boşaldıldığı müəyyən edilmişdir. Malların boşaldılması barədə göstərişi "X8 Company" MMC-nin əməkdaşı malların buraxılışda olduğunu zənn edərək vermişdir. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmmasına baxmayaraq Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən, işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan 25 noyabr 2023-cü il tarixli, 00700-00269/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "X8 Company" MMC-nin Cmvanina 54609839 ye 54609870 nömrəli vaqonlarla idxal olunan ve **********5568 sorğu nömrəli gömrük bəyannaməsi ilə "sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda bəyan edilən 84 ədəd 1000 İt-ə qədər metal tutumlardan ibarət xüsusi çənlərdə olan "Maye Xlor (99.8%)" yükünün X5 dəmiryol stansiyasinda gömrük orqanlarının icazəsi olmadan müəyyən edilmişdir İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "X8 Company" MMC-nın ünvanına 54609839 və 54609870 nömrəli vaqonlarla idxal olunan ve **********5568 sorğu nömrəli gömrük bəyannaməsi ilə "sərbəst dövriyyə üçün buraxılış görük prosedurunda bəyan edilən 84 ədəd 1000 lt-ə qədər metal tutumlardan ibarat xüsusi çənlərdə olan "Maye Xlor (99.8%)" yükünün X4 dəmiryol stansiyasinda gömrük orqanlarının icazəsi olmadan, bəyannamə buraxılışa verilmədən özbaşına boşaldıldığı müəyyən edilmişdir. İş materiallarında olan, "X8 Company" MMC-nin nümayəndəsi X2 izahatından görünür ki, nümayandəsi olduğu "X8 Company" MMC-nin sifarişi əsasında **********5568 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən Rusiya Federativ Respublikasinda yerləşən "Kaustik SC" sirkəti tərəfindən 54609839 ve 54609870 nömrəli vaqonlarla göndərilən cəmi çəkisi 79670 kq, 84 ədəd 1000 lt-ə qədər metal tutumlardan ibarət xüsusi çənlərdə "Maye xlor 99.8% (içməli su üçün istifadə olunur)" yükü xx.xx.2023-cü il tarixdə X4 dəmiryol stansiyasinda gömrük orqanının icazasi olmadan boşaldılmışdir. Bütün gömrük işlərinə və vaqonların aşılıb-boşaldılmasına, geri göndərilməsinə o nəzarət edir, 54609839 ye 54609870 nömrəli vaqonların boşaldıldığı gün səhhətim reanimasiya vəziyyətində olduğundan heç kim mənimlə əlaqə saxlaya bilməmiş, onu işdə əvəz edən olmadığından gömrük orqanına məlumat verilməmiş, "X8 Company" MMC-nin maliyyə işləri üzrə müavini də malların buraxılışda olduğu zənn edərək fəhləyə göstəriş vermişdir ki, ünvanınıza 54609839 ve 54609870 nömrəli vaqonlarla göndərilən cəmi çəkisi 79670 kq, 84 ədəd 1000 lt-ə qədər metal tutumlardan ibarət xüsusi çənlərdə "Maye xlor 99.8% (içməli su üçün istifada olunur) yükü boşaldılsın. Beləliklə mallar gömrük orqanının icazəsi olmadan boşaldılmışdır. Qeyd etmək istəyirəm ki, mallara görə tam gömrük ödənişləri ödənilmişdir. Mallar üstü açıq vaqonlarda daşınaraq təyinat gömrük orqanına çatdırılır ve adətən həmişə bu formada daşınır. Gömrük sərhəd orqanından da 54609839 va 54609870 nömrəli vaqonlara gömrük təminatı vurulmamışdır. Gömrük orqanının icazəsi olmadan malların boşaldılmasının hüquqpozma faktı olduğunu qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, araşdırma zamanı " X8 Company " MMC tərəfindən gömrük nəzarəti altında olan malların gömrük orqanının icazəsi olmadan 54609839 ye 54609870 nömrəli vaqonlardan boşaldıldığı müəyyən edilmişdir. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov, ev 10, mənzil qapı 2, məhəllə 3006 olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400,00 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar