Məhkəmə qərarları › İş №3(060)-2812/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2812/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2812/2021 23.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi X9 iştirakı ilə, xx.xx.1985-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 9, ev 17D, mənzil 18-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis leytenantı X6 tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 21.08.2021-ci il tarixli, MN seriyalı, ******* №-li və 21.08.2021-ci il tarixli, MN seriyalı, ******* №-li protokollar tərtib olunmuşdur. Tərtib edilmiş protokollardan görünür ki, Şəxs oğlu 19.08.2021-ci il tarixdə keçirilən Aşura mərasimi zamanı Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən məscidin qarşısında ictimai qaydanı pozmuş, polis əməkdaşlarına tabesizlik göstərmiş, onların qanuni tələblərinə məhəl qoymamışdır. Nəticədə Şəxs oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis leytenantı X6 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 19.08.2021-ci il tarixdə Aşura günü ilə əlaqədar ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən məscidə getmişdir. Pandemiya şəraiti ilə əlaqədar məscidə yalnız 50 nəfərə daxil olmağa icazə verilirdi. Buna görə də əhalinin böyük hissəsi, eləcə də o və ailəsi məscidin kənarında toplaşmışlar. O özünə qarşı müəyyən haqsızlıqlar hiss etməyə başlamış, buna görə də polis əməkdaşlarına öz narazılığını bildirmiş və demişdir ki, “siz nəyə görə məni məscidə buraxmırsınız?” Polis əməkdaşı mövcud pandemiya şəraiti ilə əlaqədar məscidə yalnız siyahıda olan, vaksinasiya olunmuş şəxslərin daxil olmasına icazə olduğunu bildirmişdir. Ayrı hər hansı hüquqazidd hərəkətlərə və ya inzibati xətaya yol verməmişdir. Ailəlidir, bir azyaşlı uşağı var, səhhətində də problemlər vardır. Göstərdiklərinin nəzərə alınmasını və icrata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid - Sumqayıt ŞPİ-nin PPXT-nın polis serjantı X7 izahatında göstərdi ki, 19.08.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində Aşura tədbirinin keçirilməsi ilə əlaqədar olaraq ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsini həyata keçirmək məqsədilə zəruri tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə ŞPİ-nin rəhbərliyi və taborun rəhbərliyi tərəfindən xidmət təşkil edilmiş və zəruri postlar təhkim olunmuşdur. Həmin gün saat təxminən 12:00 radələrində, sonradan şəxsiyyəti ona məlum olan Nürəddin Həsənov özünü Qarabağ qazisi kimi təqdim edərək, icrtimai qaydanı kobud surətdə pozaraq, nalayiq ifadələr işlədib ətrafda olan şəxsləri özünə cəlb etmişdir. O və xidmətdə olan əməkdaşlar Nürəddin Həsənova yaxınlaşaraq onu sakitləşdirməyə çalışsalar da, Şəxs onların qanuni tələblərinə məhəl qoymamış, Şəxs dəfələrlə intizama dəvət etsələr də, o heç bir qanuni tələblərə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, nalayiq ifadələr işlətməyə davam etmiş və camaat içərisində ajiotaj yaratmışdır. Həmin şəxs saxlanılan zaman ətrafa olan kütləyə doğru getmiş və oradan uzaqlaşdığı üçün onu saxlamaq mümkün olmamışdır. Sonradan ona 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbriləri nəticəsində həmin şəxsin ünvan 1 ünvanında yaşayan X4 olması və polis bölməsinin əməkdaşları tərəfindən 21.08.2021-ci tarixdə saxlanılması məlum olmuşdur. Məhkəmə iclasında digər şahid - X5 şahid X3 izahatında göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid X1 göstərdi ki, 19.08.2021-0ci il tarixdə saat 12:00 tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən məscidin qarşısında olmuşdur. Həmin vaxt Şəxs polislərlə mübahisə etdiyini, bərkdən qışıqraraq səs-küy saldığını görmüşdür. Polis işçiləri nəq dər çalışsalar da, onu sakitləşdirə bilməmişlər. Məhkəmə iclasında şahid X12 bildirdi ki, 19.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən məscidin qarşısında olmuş, polislərlə kiminsə bərk mübahisə etdiyini görmüşdür. Adam çox olduğu üçün mübahisə edənin kim olduğunu görməmişdir. İş materiallarında olan 21.08.2021-ci il tarixli, 1557 və 21.08.2021-ci il tarixli, 1558 nömrəli İnzibati qaydada tutma haqqında protokollardan görünür ki, Şəxs oğlu 21.08.2021-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuş, 23 avqust saat 16:10-da sərbəst buraxılmışdır Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunu və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs oğlunun törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs oğlu ictimai yerdə səs-küy salaraq, bərkdən qışqıraraq, onun sakitləşməsini tələb edən polis əməkdaşlarının tələbələrinə məhəl qoymayaraq ictimai qaydanı pozmuş və xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərərək onların qanuni tələblərinə əməl etməmişdir. Göstərolənlər tədqiq edilmiş sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, törədilmə yerini və şəraitini, Şəxs oğlunun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İşdəki tutma protokollarından görünür ki, Şəxs oğlu 21 avqust 2021-ci il tarixdən, saat 18:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs oğlunun azadlığı həmin vaxtdan məhdudlaşdırılmışdır və ona görə də, inzibati həbsin əvvəli 21 avqust 2021-ci il tarixdən, saat 18:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 21 avqust 2021-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar