Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2812/2024 28.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin inzibati xəta haqqında 28 oktyabr 2024-cü il tarixli, EP № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən (bundan sonra SGİ) "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 485.1-ci maddəsinə əsasən tərtib edilmiş 28 oktyabr 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən SGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1800/012/004017 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən "xxxx" MMC-nin ünvanına Çin Xalq Respublikasından 94325396 və 42178343 nömrəli vaqonlarla 3 adda mal ölkə ərazisinə daxil olmuş və **********12444 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Rəsmiləşdirmə zamanı mallar gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi aşkar olunmuşdur. İş üzrə "Gömrük Xidmətinin Vahid X1” ə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin MMC tərəfindən Sumqayıt Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********2444 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən və xx.xx.2024-cü il tarixdə saat 17:33-də, digər hissəsi isə xx.xx.2024-cü il tarixdə saat 17:49-da ölkə ərazisinə daxil olan mallara dair **********5341 qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə saat 12:06-da elektron qaydada gömrük orqanına təqdim edilmişdir. "FUAD-KİMYA SERVİS” MMC-nin elektron qaydada gömrük orqanına təqdim edilən xx.xx.2024-cü il **********5341 sorğu nömrəli qısa idxal bəyannaməsində göstərilən məlumatların xx.xx.2024-cü il tarixli **********12444 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatlarla uyğunluğu müəyyən edərkən məlum olmuşdur ki, bəyannamələrin 18-ci qrafasında göstərilən vaqonların nömrələri uyğunluq təşkil etmir. **********5341 sorğu nömrəli qısa idxal bəyannaməsində idxal olunan malların daşındığı vaqonların sayı 1 ədəd göstərilmiş, nömrəsi isə 91789727 kimi göstərilsə də, **********12444 sorğu nömrəli gömrük bəyannaməsində idxal olunan malların daşındığı vaqonların sayı 2 ədəd göstərilmiş, nömrələri isə 94325396 və 42178343 kimi göstərilmişdir. Bununla da, MMC tərəfindən elektron qaydada gömrük orqanına təqdim edilən xx.xx.2024-cü il **********5341 sorğu nömrəli qısa idxal bəyannaməsi və xx.xx.2024-cü il tarixli **********12444 sorğu nömrəli gömrük bəyannaməsinin 18-ci qrafasında göstərilən məlumatların uyğun olmamasına görə təhrif olunmuş məlumat verilmiş, nəticədə "xxxx" MMC tərəfindən İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş SGİnin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********5341 sorğu nömrəli qısa idxal bəyannaməsində idxal olunan malların daşındığı vaqonların sayı 1 ədəd , nömrəsi isə 91789727 kimi göstərilmişdir. İş materiallarında olan **********12444 sorğu nömrəli gömrük bəyannaməsində idxal olunan malların daşındığı vaqonların sayı 2 ədəd , nömrələri isə 94325396 və 42178343 kimi göstərilmişdir. 28 oktyabr 2024-cü il tarixdə "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi İlham Bayramov öz izahatında texniki səhvə yol verildiyindən qısa idxal bəyannaməsi tərtib olunarkən 23-cü qrafada malları daşıyan vaqonun nömrəsi 91789727 olaraq səhv qeyd edildiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən İXMnin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin ilkin araşdırma müddətində etirafedici izahatı və işdəki digər sübutlarla təsdiq edilir. İşdə bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bu sübutların mötəbərliyi şübhə doğurmur. Ona görə də "xxxx" MMC İXM-nin 485.1-ci maddəsilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. İXM-nin 485.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda İXM-nin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. "xxxx" MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 250 (iki yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2812/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2812/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver