Məhkəmə qərarları › İş №3(060)-2814/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2814/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2814/2022 31.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Cəlil Qəhrəmanovun, Zərərçəkmiş şəxsin nümayəndəsi Şəhriyar Abbasovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı vəkil Burosunun vəkili X1 iştirakları ilə, xx.xx.2000-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı 146086 №-li protokollar tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, 23:00 radələrində Sumqayıt şəhəri Dəmiryolu vağzalı yaxınlığında yerləşən “Araz” marketdən 4 ədəd 0,5 litrlik qiyməti 18.69 manat olan “Nemiroff Delikat” araqları oğurlamaqla ümumilikdə 24.76 manat dəyərində maddi ziyan vurmuşdur. xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, 19:00 radələrində Sumqayıt şəhəri Dəmiryolu vağzalı yaxınlığında yerləşən “Araz” marketdən 2 ədəd “Nemiroff Delikat” araqları oğurlamaqla ümumilikdə 53.60 manat dəyərində maddi ziyan vurmuşdur. xx.xx.2022ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, 21:40 radələrində Sumqayıt şəhəri Dəmiryolu vağzalı yaxınlığında yerləşən “Araz” marketdən 25.18 manat dəyərində “Nemiroff Delikat” araqları və Redbul içkiləri oğurlamışdır. xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, 20:25 radələrində Sumqayıt şəhəri Dəmiryolu vağzalı yaxınlığında yerləşən “Araz” marketdən “Nemiroff Delikat” araqları oğurlamaqla ümumilikdə 51.38 manat dəyərində maddi ziyan vurmuşdur. xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, 18:00 radələrində Sumqayıt şəhəri Dəmiryolu vağzalı yaxınlığında yerləşən “Araz” marketdən “Nemiroff Delikat” araqları oğurlamaqla ümumilikdə 63.78 manat dəyərində maddi ziyan vurmuşdur. xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, 22:00 radələrində Sumqayıt şəhəri Dəmiryolu vağzalı yaxınlığında yerləşən “Araz” marketdən 2 ədəd “Nemiroff Delikat” araqları oğurlamaqla ümumilikdə 36.98 manat dəyərində maddi ziyan vurmuşdur. xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, 18:30 radələrində Sumqayıt şəhəri Dəmiryolu vağzalı yaxınlığında yerləşən “Araz” marketdən 71.98 manat dəyərində “Nemiroff Delikat” arağı oğurlamışdır. xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, 21:15 radələrində Sumqayıt şəhəri Çerkassi küçəsində yerləşən Araz marketdən 2 ədəd hər birinin qiyməti 35.99 manat olan 1 litrlik “Nemiroff Delikat” və 1 ədəd 200 ml-litrlik ’’Nemiroff Psenicnaya” araqlarını oğurlamaqla 79.67 manat dəyərində maddi ziyan vurmuşdur. xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində Çerkassi küçəsində yerləşən Araz marketdən 2 ədəd hər birinin qiyməti 35.99 manat olan 1 litrlik “Nemiroff Delikat” araqlarını oğurlamaqla, ümumilikdə 71.98 manat dəyərində maddi ziyan vurmuşdur. xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, 22:00 radələrində Çerkassi küçəsində yerləşən Araz marketdən 48.25 manat dəyərində “Nemiroff Delikat” arağı oğurlamışdır. xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, 20:00 radələrində Çerkassi küçəsində yerləşən Araz marketdən 6 ədəd 200 ml-lik qiyməti 07.69 manat olan “Nemiroff Medova” araqlarını və 2 qutu qiyməti 12.59 manat olan Redbul işkiləri oğurlamaqla 71.32 manat dəyərində maddi ziyan vurmuşdur. xx.xx.2022-ci il tarixli, MN seriyalı 146086 №-li protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, 20:00 radələrində Çerkassi küçəsində yerləşən Araz marketdən 61.38 manat dəyərində “Nemiroff Delikat” arağı oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi təqsirləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı 146086 №-li protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 2814/2022, 3(060)-2815/2022, 3(060)-2816/2022, 3(060)-2817/2022, 3(060)- 2818/2022, 3(060)-2819/2022, 3(060)-2820/2022, 3(060)-2821/2022, 3(060)- 2822/2022, 3(060)-2823/2022, 3(060)-2824/2022 və 3(060)-2825/2022 №-li işlər bir icraatda 3(060)-2814/2022 nömrə ilə birləşdirilməsi, 3(060)-2814/2022, 3(060)- 2815/2022, 3(060)-2816/2022, 3(060)-2817/2022, 3(060)-2818/2022, 3(060)- 2819/2022, 3(060)-2820/2022, 3(060)-2821/2022, 3(060)-2822/2022, 3(060)- 2823/2022, 3(060)-2824/2022 №-li işlər birləşdirildiyi üçün həmin nömrələr üzrə işlərin icraatına xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Cəlil Qəhrəmanov tərtib edilən protokollara uyğun izahat verərək bildirdi ki, Şəxs müxtəlif tarixlərdə və saatlarda Sumqayıt şəhəri Çerkassi küçəsində yerləşən Araz marketdən “Nemiroff Delikat” araqları və Redbul içkiləri oğurlamaqla marketə maddi ziyan vurmuşdur. Sumqayıt Şəhər Pİ-nin 5-ci PBnin təhqiqatçıları tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmiş və həmin faktlar üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğundan inzibati xəta törətmiş şəxsin (şəxslərin) müəyyən edilib inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt Şəhər Pİ-nin 5-ci PB-nə göndərilmişdir. Oğurluq hadisəsinin Şəxs tərəfindən törədildiyi məlum olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, o, müxtəlif tarixlərdə və saatlarda Sumqayıt şəhəri Çerkassi küçəsində yerləşən Araz marketə daxil olaraq oradan gizli şəkildə “Nemiroff Delikat” araqları və Redbul içkiləri oğurlamışdır. Etdiyi əməllərdən peşmandır, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Şəhriyar Abbasov bildirdi ki, işlədiyi marketdə quraşdırılmış müşahidə kameralarında olan görüntülərə baxan zaman Şəxs müxtəlif tarixlərdə və saatlarda marketə daxil olaraq, mağazanın içkilər satılan şöbəsindəki vitrinlərdən müxtəlif növ spirtli içkiləri oğurladığı məlum olmuşdur. O, görüntülərə baxarkən Şəxs dərhal tanımışdır. Ona görə ki, Şəxs bir neçə dəfə ona müraciət edərək iş istəmişdir. Onlara dəyən ziyan ödənilmədiyinə görə o, xəta törətmiş şəxsdən şikayətçidir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs məsuliyyətini yüngülləşdirən hal onun hərəkətindən peşman olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Şəxs müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi inzibati xətalara dair işlərə eyni vaxtda baxıldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tələblərinə əsasən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, həmin Məcəllənin 34.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati tənbehlər toplanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X2 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı 146086 №-li protokollar üzrə hər bir inzibati xətaya görə ayrılıqda 30 (otuz) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən tənbehlər toplanılmaqla Şəxs qəti olaraq 03 (üç) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 31 oktyabr 2022-ci il, saat 10:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar