Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2815/2021 01.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X4 YPX inspektru polis kapitanı Fariz Ramazanzadənin, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1965-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vətəndaş Şəxs 22.08.2021-ci il tarixdə, saat 08:05 radələrində idarə etdiyi “Hyundai” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri, Sülh küçəsində hərəkətdə olan zaman saxlanılmış, həkim müayinəsi zamanı nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən 22.08.2021-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Fariz Ramazanzadə izahatında bildirdi ki, vətəndaş Şəxs 22.08.2021-ci il tarixdə, saat 08:05 radələrində idarə etdiyi “Hyundai” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri, Sülh küçəsində hərəkətdə olan zaman saxlanılmış, həkim müayinəsinə dəvət olunmuş və müayinə zamanı nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla bağlı tibbi müayinə aktı da tərtib olunmuş və iş materiallarına əlavə edilmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 22.08.2021-ci il tarixdə, saat 08:05 radələrində idarə etdiyi “Hyundai” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri, Sülh küçəsində hərəkətdə olan zaman saxlanılmış, həkim müayinəsinə dəvət olunmuş və müayinə zamanı guya nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi müəyyən olunmuşdur. Halbuki o, nəqliyyat vasitəsini sərxoş halda idarə etməmişdir. Belə ki o yenidən müayinə üçün özü Respublika Narkoloji Mərkəzinə Müraciət etmiş və müayinə nəticəsində onda alkoqol sərxoşluğu vəziyyəti aşkanlanmamış, ayıq olduğu göstərilmişdir. Odur ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmır və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 22 avqust 2021-ci il tarixli, 6151 saylı aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti vardır. (22.08.2021-ci il saat 08:05; Alkometr 0,32 promil) İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 22 avqust 2021-ci il tarixli, 2/23970 saylı aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur, ayıqdır. (22.08.2021-ci il saat 10:25) İnzibati xətaya dair iş üzrə qeyd olunan ziddiyəti aradan qaldırmaq və iş üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparmaq məqsədi ilə Məhkəmə tərəfindən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X2 yuxarıdakı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarında qeyd olunan vaxt intervalı ərzində alkoqol sərxoşluğu vəziyyətinin aradan qalxmasının mümkün olub-olmaması barədə sorğu göndərilmişdir. İş materiallarına əlavə edilmiş həmin sorğuya cavab məktubundan görünür ki, qanda olan alkoqolun miqdarı hər 1 saata 0,20-0,40 promil təmizlənir. Belə ki Şəxs göstərilən vaxt ərzində aparılmış tibbi müayinəsinin nəticəsi normal hal hesab edilə bilər. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan 22.08.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və 22 avqust 2021-ci il tarixli, 6151 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan, sorğuya cavab məktubundan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, vətəndaş Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayonu üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2815/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2815/2021
01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver