Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2816/2024 10.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X2 Gürşad oğlunun iştirakı ilə, Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin 31 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Əliyev İsax Gürşad oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əliyev İsax Gürşad oğlu Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin 31 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək qeyd edilən qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə axşam saat 19:40 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai Santafe” minik markalı, **-XY-*** dövlət nömrə nişanlı avtomaşınla Abşeron rayonu, Saray qəsəbəsindən Sumqayıt şəhəri istiqamətində hərəkət edərkən Sumqayıt şəhərinin “Daş Bazarı” deyilən ərazisində Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin əməkdaşları onu saxlatmış, Saray qəsəbəsi ərazisində yol-hərəkət qaydalarını pozduğuna görə idarə etdiyi avtomobili Sumqayıt ŞPİ-nin DYPŞnin duracağına aparmış və İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə barəsində 150 manat məbləğində cərimə tətbiq edilmişdir. Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşlarının onun idarə etdiyi avtomobili duracağa yerləşdirmələri qanunsuz və əsassızdır. Çünki, hər bir halda səlahiyyəti olan şəxs atası Əliyev Gürşad İsax oğlu avtomobildə onun yanında olmuş və avtomobili duracağa aparmağa ehtiyac olmamışdır. Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşlarının barəsində tərtib etdikləri TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Belə ki, əgər o yol-hərəkət qaydalarını Abşeron rayonu, Saray qəsəbəsi ərazisində pozmuşsa, ərazi aidiyyəti üzrə araşdırmanı Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşları aparmalı və barəsində müvafiq tədbir görməli idilər. Məhkəmə iclasında iştirak edən Əliyev İsax Gürşad oğlu şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, o heç bir qayda pozuntusu etməmiş, təqdim edilmiş video görüntülərdə olan avtomobilin ona məxsus “Hyundai Santafe” markalı avtomobil olmasını bilmir, həmçinin video görüntülərdə olan ərazi Saray körpüsünün üzəridir, həmin ərazinin isə Sumqayıt şəhərinə aidiyyəti yoxdur, həmin ərazi Abşeron rayonunun inzibati ərazisidir. 25 noyabr 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində iştirak etmiş Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin YPX inspektoru X1 izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokol onun tərəfindən tərtib edilmişdir. 21 sentyabr 2024-cü ildə Sumqayıt şəhəri M.Əsədov küçəsində xidmət apararkən efir vasitəsi ilə məlumat vermişlər ki, “Hyundai Santafe” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil Abşeron rayonu ərazisindən üzü Sumqayıta hərəkətdə olarkən davamlı və çoxsaylı qayda pozuntularına yol verir. Belə ki, sürücü əks yola çıxır, həmçinin digər qayda pozuntularına yol verir. Həmin sürücünü Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşları saxlaya bilməmişlər. Sürücü Sumqayıt şəhəri M.Əsədov küçəsində "xxxx" MTK-nın yanında yerləşən körpünü keçərkən də əks yola çıxmış və digər hərəkət iştirakçılarına təhlükə yaratmışdır. Həmin ərazidə körpünün üzü Saray qəsəbəsi istiqaməti Abşeron rayonuna baxır, lakin körpünün Sumqayıt istiqaməti Sumqayıt şəhəri ərazisidir və orada onlar xidmət aparırlar. Sonuncu qayda pozuntusu da məhz orada törədilmiş və kamera görüntüləri də mövcuddur. Ona görə də sürücü elə həmin yerdə tərəflərindən saxlanılmış və barəsində İXM-in 327.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin vaxt sürücünün 18 cərimə balı olmuşdur. Tərtib edilmiş protokolla onun cərimə balı 20-ni keçdiyi və bu zaman qanunvericiliyin tələbinə əsasən sürücülük hüququ məhdudlaşdırıldığı üçün avtomobili cərimə meydançasına yerləşdirmişlər. Lakin, sürücü Əliyev İsax Gürşad oğlu sonradan adına olan 18 cərimə balını sildirmişdir. Həmin cərimə ballarının hamısı 2025-ci ilə aid olmuşdur. Qeyd etdiyi kimi hadisənin video görüntüləri var, video görüntülərdə “Hyundai Santafe” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks istqamətli hərəkət zolağına daxil olaraq hərəkət etməsi aşkar şəkildə görünür. Həmçinin bildirmişdir ki, Abşeron ərazisində olan hadisələrə görə video görüntü onlarda mövcud deyil, onun Abşeron RPİ-nin əməkdaşları götürə bilər, o yalnız Sumqayıt ərazisində olan görüntünü əldə etmiş və məhkəməyə təqdim etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 31 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əliyev İsax Gürşad oğlu xx.xx.2024cü il tarixdə saat 19:40-da “Hyundai Santafe” minik markalı, **-XY-*** dövlət nişanlı avtomobili M.Əsədov küçəsində idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli hərəkət axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, buna görə də Əliyev İsax Gürşad oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş video görüntülərdən görünür ki, xx.xx.2024-cü il tarixdə ağ rəngli “Hyundai Santafe” markalı avtomobil əks istiqamətli hərəkət axınının hərəkət zolağına daxil olaraq nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, M.Əsədov küçəsi Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin dislokasiya üzrə xidmət etdiyi ərazidir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, Əliyev İsax Gürşad oğlu xx.xx.2024-cü il tarixdə saat 19:40-da “Hyundai Santafe” minik markalı, **-XY-*** dövlət nişanlı avtomobili M.Əsədov küçəsində idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli hərəkət axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, buna görə də o 31 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Əliyev İsax Gürşad oğlu qeyd edilən qərardan şikayət verərək heç bir qayda pozuntusu törətmədiyini, video görüntülərdə olan avtomobilin ona aid olduğunu bilmədiyini, həmçinin video görüntülərdə olan ərazinin Abşeron rayonunun inzibati ərazisinə aid olduğunu bildirmişdir. Lakin, məhkəmə araşdırması zamanı video görüntülərdə olan ərazinin Sumqayıt şəhəri M.Əsədov küçəsi olması öz təsdiqini tapmışdır. Həmçinin video görüntülərdə ağ rəngli “Hyundai Santafe” markalı avtomobilin dövlət qeydiyyat nişanı düşməsə də məhkəmə araşdırması zamanı həmin avtomobilin məhz Əliyev İsax Gürşad oğlunun idarə etdiyi “Hyundai Santafe” minik markalı, **-XY-*** dövlət nişanlı avtomobil olması öz təsdiqini tapmışdır. Belə ki, həmin video görüntülər xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri M.Əsədov küçəsində qeydə alınmış və bundan dərhal sonra “Hyundai Santafe” minik markalı, **-XY-*** dövlət nişanlı avtomobil həmin ərazidə məhz həmin qayda pozuntusuna görə saxlanılmışdır. Qeyd edilən hal video görüntülərdən əlavə şahidin izahatı ilə də bir daha öz təsdiqni tapmışdır. Şikayətçinin avtomobilin ona aid olduğunu bilmədiyini qeyd etməsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin 31 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin 31 oktyabr 2024cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan Əliyev İsax Gürşad oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Əliyev İsax Gürşad oğlunun şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin 31 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2816/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2816/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver