Məhkəmə qərarları › İş №3(060)-2818/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2818/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2818/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi – X2, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi – X1, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X8 Xidməti Sumqayıt regional X8 İdarəsinin inzibati xəta haqqında 19 avqust 2021-ci il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Sumqayıt regional X8 İdarəsi tərəfindən Şəxs MMC (VÖEN **********) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 19.08.2021-ci il tarixində Sumqayıt şəhəri, 48-ci məhəllə, Koroğlu küçəsi, ev 5-in arxasında yerləşən Şəxs MMC-yə məxsus məişət əşyaları mağazasında keçirilən planlı yanğın texniki müayinə zamanı aşağıdakı nöqsanlar aşkar olunmuşdur: YTQ № 01-2001 bənd 1.9-1.9.12; YTQ № 01- 2001 bənd 10.1-10.4; YTQ № 03-2002 bənd 3.18-3.18.17; YTQ № 03-2002 bənd 3.19- 3.19.27 . Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, 24.08.2021-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X8 Xidməti Sumqayıt regional X8 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 izahatında göstərdi ki, 19.08.2021-ci il tarixində Sumqayıt şəhəri, 48-ci məhəllə, Koroğlu küçəsi, ev 5-in arxasında yerləşən Şəxs MMC-yə məxsus məişət əşyaları mağazasında keçirilən planlı yanğın texniki müayinə zamanı yanğın təhlükəsizlik tələblərinin yerinə yetirilmədiyi, yanğın avadanlığı və ilkin yanğınsöndürmə vəsaitlərinin saxlanılması qaydalarının pozulması, ticarət obyektində havalandırma və tüstüyə qarşı qurğuların istismar vəziyyətinin pozulması, ticarət obyektində elektrik qurğularının istismar vəziyyətinin pozulması, anbarda malların pərakəndə yerləşdirilməsi aşkar olunmuşdur. Bununla bağlı fotoşəkilləri də məhkəməyə təqdim edir. Buna görə də Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X4 Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmadığını bildirərək MMC barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən etdi. Məhkəmə iclasında çıxış edən şahid X6 izahatında bildirdi ki, 19.08.2021-ci il tarixində Sumqayıt şəhəri, 48-ci məhəllə, Koroğlu küçəsi, ev 5-in arxasında yerləşən Şəxs MMC-yə məxsus məişət əşyaları mağazasında keçirilən planlı yanğın texniki müayinə zamanı yanğın təhlükəsizlik tələblərinin yerinə yetirilmədiyi, yanğın avadanlığı və ilkin yanğınsöndürmə vəsaitlərinin saxlanılması qaydalarının pozulması, ticarət obyektində havalandırma və tüstüyə qarşı qurğuların istismar vəziyyətinin pozulması, ticarət obyektində elektrik qurğularının istismar vəziyyətinin pozulması, anbarda malların pərakəndə yerləşdirilməsi aşkar olunmuşdur. Yanğın texniki müayinəsi zamanı MMC-nin nümayəndəsi özünü təqdim etməkdən və imza etməkdən imtina etmişdir. Bununla bağlı müayinə aktına müvafiq qeyd edilmişdir. İş materiallarında olan 19.08.2021-ci il tarixli, 1770 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, müayinə (YTM) zamanı aşkar olunmuş qanun pozuntularının məzmunu aşağıdakı kimidir: - AR ərazisində yerləşən hüquqi şəxslərin yanğın təhlükəsizlik tələblərinin yerinə yetirilməsində vəzifələri. YTQ № 01-2001 bənd 1.9-1.9.12; - Yanğın avadanlığı və ilkin yanğınsöndürmə vəsaitlərinin saxlanılması. YTQ № 01-2001 bənd 10.1-10.4; - Ticarət obyektində havalandırma və tüstüyə qarşı qurğuların istismar vəziyyəti. YTQ № 03-2002 bənd 3.18-3.18.17; - Ticarət obyektində elektrik qurğularının istismar vəziyyəti. YTQ № 03-2002 bənd 3.19- 3.19.27 . Həmçinin inzibati işin materiallarına əlavə edilmiş 04 ədəd fotoşəkildən də görünür ki, Şəxs MMC tərəfindən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. İnzibati xətanın xarakterini nəzərə alaraq Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İnzibati işin materiallarına əlavə edilmiş 04 ədəd fotoşəkil iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt şəhəri, 48-ci məhəllə, Koroğlu küçəsi, ev 5-in arxasında yerləşən Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 350 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri İcra İdarəsinə həvalə edilsin. İnzibati işin materiallarına əlavə edilmiş 04 ədəd fotoşəkil iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar